Vəhşicəsinə döyülən tibb bacısı komaya düşdü

Vəhşicəsinə döyülən tibb bacısı komaya düşdü
05 Dek 2016 13:50

Zaqatalada qonşusu tərəfindən vəhşicəsinə döyülən  tibb bacısı komaya düşüb. 
 
Zaqatala Mərkəzi Rayon  Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 10:30 radələrində Zaqatala şəhəri “Kür-Araz” adlanan yaşayış massivində yaşayan, 1962-ci il təvəllüdlü Xədicə Herov qızı Muradova travmatik şok vəziyyətdə və ağır kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
 
Müayinə zamanı məlum olub ki, bir uşaq anası olan və Zaqatala MRX-nın poliklinika şöbəsində tibb bacısı vəzifəsində işləyən X. Muradova qonşusu İbrahim adlı şəxs tərəfindən vəhşicəsinə döyülüb.
 
Zaqatala rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə səhər saatlarında X. Muradovanın yaşadığı ünvanda baş verib.  X. Muradovanın qonşuluğunda yaşayan və uzun müddətdir ki, əsəb xəstəliyindən əziyyət çəkən İbrahim adlı şəxs hələki istintaqa məlum olmayan səbəbdən qadını vəhşicəsinə döyərək ona ağır bədən xəsarətləri yetirərək hadisə yerini tərk edib. Keçirilmiş tədbir nəticəsində hadisəni törətməkdə şübhəli sayılan saxlanılıb.
Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır. 

12 İyul 2019
Kriminal

Bakıda əməliyyat – Silahlı şəxslər saxlanıldı – FOTO

Sabunçu Rayon Polis İdarəsi 13 və 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, üzərində odlu silah-sursat saxlayan şəxslərə qarşı uğurlu əməliyyat tədbiri həyata keçirilib.

12 İyul 2019
Kriminal

İnterpolun axtardığı Lotu Quli gözlənilmədən Azərbaycana gəldi

Qanuni oğru Nadir Səlifov (Lotu Quli) gözlənilmədən Bakıya gəlib.

8 İyul 2019
Kriminal

Bakıda naməlum şəxslər evə basqın etdi - Ər öldü, arvadı yaralandı

Bakıda naməlum şəxslər evə basqın etdi - Ər öldü, arvadı yaralandı

4 İyul 2019
Kriminal

İrəvanda “qanuni oğru” belə öldürüldü - VİDEO

Xəbər verdiyimiz kimi, erməni "qanuni oğru" Andranik Harutyunyan İrəvanda öldürülüb.