Vasif Talıbov deputatın oğlunu yüksək vəzifəyə təyin etdi

Vasif Talıbov deputatın oğlunu yüksək vəzifəyə təyin etdi
05 Dek 2016 14:22

Milli Məclisin Deputatı İsa Həbibbəylinin oğluna yüksək vəzifə verilib.

Bizimyol.info xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının vitse prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, millət vəkili İsa Həbibbəylinin oğlu Səhhət Həbibəyli  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun imzaladığı sərəncamla Naxçıvan MR Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.
Qeyd edək ki, Deputat İsa Həbibbəylinin digər oğlu Ərəstü Həbibbəyli də yüksək vəzifədə çalışır. O Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdir müavinidir. I dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi daşıyır. 


25 May 2019
Cəmiyyət

Azərbaycanda əməliyyat – 89 nəfər saxlanıldı

Mayın 24-dən 25-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

25 May 2019
Cəmiyyət

Ayrılıq xəbərləri yayılan Rəqsanə: "Çox yaşamaq istəmirəm..."

Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova ad günü ilə bağlı paylaşımı ilə diqqət çəkib.