Ünvanlı sosial yardımlar niyə gecikir?

Ünvanlı sosial yardımlar niyə gecikir?
03 Dek 2016 15:12

Regionlarda yaşayan aztəminatlı ailələr ünvanlı dövlət sosial yardımı ala bilmirlər.

REALPRESS.Az xəbər verir ki, bu haqda bizimyol.info-ya ölkənin müxtəlif rayonlarının sakinləri məlumat veriblər.

Plastik ödəniş kartları ilə bankomatlara yaxınlaşan sosial müavinat alan vətəndaşlar hesaba pulun köçülmədiyinin şahidi olurlar.

Saytın sosial müavinat alan vətəndaşların müraciət əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi və Maliyyə nazirliklərinə göndərdiyi informasiya sorğularına cavab verilməyib.

Məlumata görə, problem Maliyyə Nazirliyi tərəfindən yaradılıb. Belə ki, ünvanlı sosial yardımlar bilavasitə büdcədən ayrıldığına görə onun köçürülməsini adıçəkilən nazirlik təmin etməlidir.

Qeyd edək ki, aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təmin olunması 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş və iyulun 1-dən fəaliyyətə başlamış “Ünvanlı dövlət sosial yardımı haqqında” qanununa əsasən həyata keçirilir.

19 Apr 2024
Siyasət

Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”

“Biz çalışırıq ki, kanak xalqının məsumiyyətini qoruyaq. Lakin Fransanın apardığı siyasət kanak xalqının mədəniyyətini, mənəvi dəyərlərini qorumağa imkan vermir”.

18 Apr 2024
Siyasət

Rəşad Nəbiyev Ağdaşda vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

18 Apr 2024
Siyasət

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Milli Məclisi və Yeni Kaledoniyanın Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

18 Apr 2024
Siyasət

Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.