Sürücü “Mercedes”i aşırdı, qohumu öldü, anası yaralandı - YENİLƏNİB

Sürücü “Mercedes”i aşırdı, qohumu öldü, anası yaralandı - YENİLƏNİB
11 2019 15:05


Neftçalada ölümlə nəticələnən qəzanın bəzi təfərrüatı bəlli olub.

realpress.az-ın bölgə müxbiri xəbər verir ki, qəzada xəsarət alan rayonun Aşağı Qaramanlı kənd sakini, 1954-cü il təvəllüdlü Fərəcova Qızqayıt Yusif qızıdır.

O, sürücü Röyal Fərəcovun anasıdır. Ölən Toğrul Fərəcovun da onların qohumu olduğu bildirilir.

14:37

Neftçalada qəzada ölən şəxsin kimliyi müəyyənləşib. 

realpress.az-ın bölgə müxbiri xəbər verir ki, bu, Neftçalanın aşağı Qaramanlı kənd sakini, 2003-cü il təvəllüdlü Fərəcov Toğrul İlham oğludur.

“Mercedes” markalı maşını 1984-cü il təvəllüdlü Fərəcov Röyal Təvəkkül oğlu idarə edib.

14:12

Neftçalada bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

realpress.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Kürqarabucaq kəndi ərazisində qeydə alınıb.

10-XR-605 dövlət nömrə nişanlı, “Mercedes” markalı maşın idarəetməni itirərək yolun kənarına aşıb.

İlkin məlumata görə, qəza zamanı bir nəfər hadisə yerində həyatını itirib. Yaralılar var.

Faktla bağlı araşdırma aparılır.