Prezident RYTN-in Regional Data və Beynəlxalq Kommutasiya mərkəzlərinin açılışında iştirak edib - YENİLƏNİB

Prezident RYTN-in Regional Data və Beynəlxalq Kommutasiya mərkəzlərinin açılışında iştirak edib - YENİLƏNİB
05 Dek 2016 17:38

Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakıda Regional Data və Beynəlxalq Kommutasiya mərkəzlərinin açılışı olub.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlət başçısına və xanımına məlumat verib ki, Regional Data Mərkəzinin və IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzinin operatoru 2015-ci ilin iyun ayında yenidən strukturlaşdırılaraq adı dəyişdirilən “AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyətidir. 

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni yaradılan Data Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Mühafizə olunan obyekt statusuna malik Data Mərkəzi ölkə və region səviyyəsində kompleks İT xidmətləri göstərir və ən son texniki göstəricilərə malik baza əsasında müştərilərə fərdi həllər təklif edir. Fasiləsiz iş rejimində məlumatların təhlükəsizliyinin nəzarətlə tam təmin olunması, şirkətlərin konkret tələblərinə cavab verən, ehtiyac yarandıqda onlara infrastruktur əldə etməyə imkan yaradan virtual və ayrılmış serverlərin, həmçinin optimallaşdırılmış şəbəkənin qurulması Data Mərkəzinin çoxsaylı üstünlüklərindəndir. Bu isə öz növbəsində, şirkətlərə kapital xərclərini sıfıra endirməyə, istismar xərclərini isə 30-40 faiz azaltmağa imkan yaratmaqla yanaşı, məhsuldarlığı artıraraq biznesin dayanıqlılığına öz töhfəsini verəcək.

Data Mərkəzi bulud əsaslı İT həllər, eləcə də beynəlxalq trafik və sertifikatlaşdırma ilə bağlı digər xidmətlər də təqdim edir. Həmin Mərkəz vasitəsilə şəbəkələrarası sərhəd qoşulma nöqtələrində siqnal protokollarının ötürülməsinə, media-kanalların keyfiyyətinə, paketlərin gecikməsi və itməsinə də nəzarət həyata keçirilir. Mərkəz mobil şəbəkə üzrə daşınan mobil nömrələrə daxil olan zəngləri daşınmanı həyata keçirən operatorun şəbəkəsinə terminasiya edir, eləcə də sifarişçilərin istəklərinə uyğun olaraq müxtəlif tarif paketlərinin tətbiqi, silsilə servislərin idarə edilməsinə də təminat yaradır.

Prezident İlham Əliyevə məlumat verilib ki, yeni mərkəzlərin təhlükəsiz, etibarlı və səmərəli fəaliyyəti üçün ən müasir texnologiyalar və avadanlıqlar tətbiq edilib. 

Dövlət başçısı və xanımı Beynəlxalq Kommutasiya Mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

Azərbaycan prezidentinə Mərkəzin imkanları barədə məlumat verilib. Qeyd olunub ki, bu sahə üzrə əldə edilmiş uğurlardan biri də trafik analizlərinin optimallaşdırılması məqsədilə ilə İP əsaslı kommutasiya platformasında beynəlxalq kommutasiya stansiyasının yaradılmasıdır. Beynəlxalq Kommutasiya Mərkəzi giriş və çıxış zənglərinin monitorinqinin təkmilləşdirilməsini, analoq və ya rəqəmli kommunikasiya kanalında bir neçə siqnalın və ya sürət-bit axınının olduğu kimi verilməsini mümkün edir. Bu platformadan istifadə edərək əhali və biznes sektoru üçün səs, video, data, SMS və digər müxtəlif telekommunikasiya və multimedia xidmətlərinin göstərilməsi təmin olunacaq.

Sonra dövlət başçısı və xanımı Beynəlxalq Kommutasiya və Regional Data mərkəzlərinin yerləşdiyi “AzInTelecom” Məhdud Məsuliyyəti Cəmiyyətinin inzibati binasındakı iş şəraiti və maddi-texniki baza ilə tanış olublar. Prezident İlham Əliyevə məlumat verilib ki, Azərbaycan ilə xarici ölkələr arasında mübadilə olunan beynəlxalq trafikin analizi, ölkəmizə idxal edilən telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılan Data Mərkəzi nəzdində kompleks informasiya texnologiyaları xidmətlərinin göstərilməsi “AzInTelecom” MMC-nin başlıca fəaliyyət istiqamətləridir. Həmin qurum tərəfindən tətbiq edilən trafikin analizi xidməti Azərbaycan ilə dünya ölkələri arasında mübadilə olunan beynəlxalq telekommunikasiya xidmətlərinin yüksək keyfiyyətlə alternativliyinə təminat yaradır.

 Cənubi Qafqaz regionunun TİER III sertifikatlı yeganə Data Mərkəzi Azərbaycanda fəaliyyətə başlayıb. TİER III kateqoriyasının əsas fərqləndirici xüsusiyyətlərinə mühəndis altsistemlərinin paralel fəaliyyəti, ehtiyat soyutma, ehtiyat enerji təminatı sistemləri və ehtiyat telekommunikasiya infrastrukturu daxildir. 

Respublikamızda bu xidmətlərin daha geniş tətbiqinin zəruriliyini vurğulayan prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

 Sonda xatirə şəkili çəkdirilib.

 


18 Apr 2024
Siyasət

Rəşad Nəbiyev Ağdaşda vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

18 Apr 2024
Siyasət

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Milli Məclisi və Yeni Kaledoniyanın Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

18 Apr 2024
Siyasət

Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.

18 Apr 2024
Siyasət

17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək

17 yaşadək sərbəst və yunan-Roma güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək.