Nəsimi rayon seçiciləri referenduma ciddi hazırlaşır FOTOLAR

Nəsimi rayon seçiciləri referenduma ciddi hazırlaşır FOTOLAR
06 2016 16:47

Bu gün Referendumla üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Nəsimi rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində rayon seçigiləri ilə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı Azərbaycanın demokratik prinsiplər əsasında inkişafı və bu istiqamətdə dövlət tərəfindən yürüdülən siyasətə nəzər salıb, müasir dövrün çağırışlarına cavab olaraq Azərbaycanın müstəqillik atributlarından olan Konstitusiyada ediləcək əlavə və dəyişikliklərin zəruriliyini vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin təkcə tarixə çevrilmiş nailiyyətlərimizin deyil, həm də gələcək uğurların həlledici əsası olduğu bildirib. Rayon təşkilat sədri qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən ölkə başçısının hər addımı Azərbaycanın işıqlı gələcəyinə doğrudur: "Ölkədə sabitlik, əmin-amanlıq, dinclik, insanların təhlükəsizliyi təmin edilib. Bütün bu reallıqlar Prezident İlham Əliyevin fəaliyyətinin nailiyyətləridir və gerçəklik Ölkə Başçısına ümumxalq etimadını əhəmiyyətli dərəcədə gücləndirib".

M.İbrahimqızı Referendum Aktı lahiyəsində edilmiş dəyişikliklərə nəzər salaraq bu dəyişikliklər hazırlanan zaman qabaqcıl ölkələrin təcrübəsinin nəzərdən keçirildiyini bildirib. O, Nəsimi rayon seçicilərinin hər zaman fəal olduğunu və növbəti Referendumda də fəallıq göstərəcəklərinə əminliyini ifadə edib.

Tədbirdə çıxış edən millət vəkili Kamaləddin Qafarov Konstitusiyaya nəzərdə tutulan dəyişiklik və əlavələrin tarixi zəruriliyindən danışaraq, təklif edilən əlavə və dəyişikliklərin bir çox istiqamətləri əhatə etdiyini bildirib.

Görüşdə çıxış edən YAP Nəsimi rayon təşkilatının şura üzvü, Azərbaycan Tibb Univesitetinin ərazi ilk partiya təşkilatının sədri Sabir Əliyev, Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva Azərbaycan Prezidenti Cənab İlham Əliyevin siyasəti sayəsində həyata keçirilən yeniləşmə, müasirləşmə nəticəsində Azərbaycan tamamilə yeni görkəm aldığını bildirirək, Konstitusiyaya nəzərdə tutulan dəyişiklik və əlavələrin tarixi zəruriliyindən danışıblar. Qeyd olundu ki, təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edəcək.

Nəsimi rayonunun ictimai-siyasi cəhətdən fəal rayonlardan biri olduğunu və hər zaman haqqa, ədalətə, real işlərin həyata keçrilməsinə dəstək verdiyini bildirərək 26 sentyabr tarixində keçiriləcək Referendumda fəal iştirak edəcəklərinə əmin olduqlarını söyləyiblər.

Nəzakət ƏLƏDDİNQIZI


Tags

# kəmaləddin qafarov, kamaləddin qafarov, qafurov, kemaleddin qafarov, deputat, milli məclis, milli meclis

19 İyun 2017

Gürcüstandan ölkəyə avtomobil idxalı iki dəfə artıb

Bu ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 14 mln. 406,5 min ABŞ dolları dəyərində 556 ədəd avtomobil gətirilib. Oxu.Az apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Statistika Xidməti məlumat yayıb. Ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin 5 ayı ilə müqayisədə 336 ədəd və ya 2,53 dəfə çoxdur. Məbləğ baxımından isə bu rəqəm 7 mln. 311,2 min dollar və ya 2,03 dəfə çoxdur. 2016-cı ilin 5 ayında Gürcüstandan Azərbaycana 7 mln. 095,3 min dollar məbləğində 220 ədəd avtomobil gətirilib. Qeyd edək ki, bu ilin beş ayında ümumilikdə ölkəyə 2 657 ədəd avtomobil idxal olunub. Bunun da 2 240 ədədi minik avtomobili və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Avtomobil idxalı 19 faiz artıb

8 May 2017

Yeni qanun - Yaşıl Pasport

Azərbaycanda prezidentin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşları diplomatik pasportla təmin olunacaqlar. Enter.News -un məlumatına görə, bununla bağlı “Pasportlar haqqında” qanunun 6-cı (Diplomatik pasport) maddəsinə əlavələr təklif edilir. Təklif olunan əlavələrə əsasən, Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşlarına da diplomatik pasport verəcək. Layihə plenar iclasa tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.

1 Fev 2017

Kamaləddin Qafarov : Azərbaycanın səhiyyə üzrə milli strategiyasında onkologiyanın inkişaf dinamikası

Azərbaycanın səhiyyə, tibb elmi və təhsili sisteminin bugünkü inkişafının ən mühüm mərhələləri bilavasitə xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan xalqının tibbi təminatını daim diqqət mərkəzində saxlamış və ölkəmizdə səhiyyə sisteminin müntəzəm olaraq yaxşılaşması üçün böyük işlər görmüşdür.

12 Dek 2016

Kamaləddin Qafarov çıxışında Heydər Əliyevlə bağlı şahidi olduğu xatirəsini bölüşdü

10 dekabr 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

12 Dek 2016

Binəqədidə Ümummilli Liderin xatirəsi anılıb FOTOLAR

Bu gün Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.