Nərimanovda köhnə binaların söküntüsü başladı - FOTO

Nərimanovda köhnə binaların söküntüsü başladı - FOTO
17 Noy 2016 16:56

Xəbər verdiyimiz kimi, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarında artıq köhnə binaların sökülüb yerində yeniləri inşa olunur. Beş il müddətinə nəzərdə tutulan layihəyə artıq start verilib.

REALPRESS in  əməkdaşı söküntü gedən ərazidə olub. Artıq bir neçə gündür ki, Nərimanov rayonu Faiq Yusifov 10 ünvanında söküntü işlərinə başlanılıb. Burada istismar müddəti bitmiş 5 ikimərtəbəli binanın söküntüsü nəzərdə tutulub.

Böyük işçi qüvvəsinin cəlb olunduğu layihəyə əsasən, hazırda söküntü işləri aparılır. İş icraçıları bildirib ki, həmin binalarda yaşayan sakinlər 18 ay müddətinə kirayəyə çıxarılıb. Həmin müddət ərzində sakinlərin kirayə haqqı tikinti şirkəti tərəfindən ödənilir. İnşaat işləri tamamlandıqdan sonra sakinlər yeni təmirli mənzillərə köçürüləcək.

Bildirilib ki, pilot layihənin əsas məqsədi şəhərin memarlıq üslubuna xələl gətirən, bərbad vəziyyətdə olan tikililərin yerində yeni və müasir standartlara cavab verən binaların salınmasıdır. Hazırda tikilən binalar 16 mərtəbəli olacaq və qısa zaman ərzində tikintisinə başlanılacaq.

Tikintiyə Nərimanov Rayon İcra Hakimiyyəti nəzarət edir və "İnkişaf S" şirkəti tərəfindən aparılır.


29 Mar 2024
Cəmiyyət

Hikmət Hacıyev: Azərbaycan və Ermənistan sülhə yaxındır, buna nail olmağa çalışılır

Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin təəssüf ki, buna mane olurlar.

29 Mar 2024
Cəmiyyət

Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTO

Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin təbliği ilə bağlı tədbirləri davam etdirir. 

29 Mar 2024
Cəmiyyət

Qalaktikamızdakı qara dəliyin yeni görüntüsü (FOTO)

Event Horizon Teleskopu (EHT) Süd yolu qalaktikasında yerləşən Sagittarius A* (Oxatan A*) qara dəliyinin aydın fotosunu paylaşıb.

29 Mar 2024
Cəmiyyət

Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb.