Mourinyodan Şvaynştager açıqlaması

Mourinyodan Şvaynştager açıqlaması
03 Dek 2016 17:30

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo alman yarımmüdafiəçi Bastian Şvaynştagerin klubdakı gələcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Sport7.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 
yarımmüdafiəçiyə ümid bəslədiyini söyləyib: "Əlbəttə, yanvarda Şvaynştager "MY"da qala bilər. Əgər sənin klubla müqavilən varsa, sən öz gələcəyini müəyyən etmək hüququna maliksən. Bastian bizə kömək edə bilər. O, digər komanda yoldaşları kimi öz üzərində işləməlidir ki, oynamaq üçün daha çox şans əldə etsin. Ötən yay biz Şvaynştager üçün başqa bir gələcəklə bağlı variantlar seçməyə çalışdıq. Lakin o, bu şəraitdə klubda qalmaq qərarına gəlmək üçün kifayət qədər güclü çıxdı. O, oynamaq şansı qazanmaq üçün öz üzərində çox işlədi. Qətiyyətli insanlar mənim xoşuma gəlir".

Bastian Şvaynştayger mövsüm başlayandan noyabrın 30-a qədər heç bir oyunda komandasının heyətində meydana çıxmayıb. Baş məşqçi yalnız göstərilən tarixdə Liqa Kubokunun 1/4 final mərhələsində "Vest Hem"ə qarşı matçda (4:1) ona şans verib.


18 Apr 2024
Dünya

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

18 Apr 2024
Dünya

Rusiyada neft anbarının yaxınlığında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Voronej vilayətində neft anbarı yaxınlığında güclü yanğın baş verib.

18 Apr 2024
Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.