Momani Kloppa karikatura ilə cavab verdi - FOTO

Momani Kloppa karikatura ilə cavab verdi - FOTO
13 2019 15:16


Məşhur karikatura ustası Omar Momani “Liverpul”un baş məşqçisi Yurgen Kloppun Avropa Liqasının Bakıda keçiriləcək finalı ilə bağlı fikirlərinə reaksiya verib.

Realpress.az xəbər verir ki, karikaturaçı Kloppun “Bu qərarı verənlər səhər nə yeyirlər?” tərzdə iradına özünəməxsus şəkildə cavab verib.

Momaninin karikaturasında “Çelsi” və “Arsenal” komandasının üzvləri səhər yeməyində təsvir edilib. 

Klopp da rəsmə əlavə edilib.

“Cənab Klopp, bizə qoşul!

Azərbaycanın səhər yeməyi insanları birləşdirir və hamını xoşbəxt edir. Mütləq dadına baxın”, - deyə O.Momani karikaturanı paylaşaraq yazıb.