Milli Məclisin deputatı Kamaləddin Qafarov Binəqədidə akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilmiş tədbirdə iştirak etmişdir. (FOTO)

Milli Məclisin deputatı Kamaləddin Qafarov Binəqədidə akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilmiş tədbirdə iştirak etmişdir. (FOTO)
28 2017 10:48

Aprelin 27-də Binəqədi rayonunda Zərifə Əliyeva adına mədəniyyət və istirahət parkında görkəmli oftolmoloq alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirildi.
  Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Kamaləddin Qafarov, Elmira Axundova, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Akademik Zərifə Əliyeva adına Liseyin direktoru Mehriban Vəliyeva, Binəqədi RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə və icra strukturları, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, ictimai təşkilatlar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdirlər.
  Tədbir iştirakçıları ilk öncə Zərifə xanımın adını daşıyan parkda görkəmli alimin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər.
  Tədbiri açıq elan edən aparıcı Azərbaycan Respublikasının Əməkdar artisti Hüsniyyə Mürvətova Zərifə xanımın mənalı və şərəfli həyat yolu barədə məlumat verdi.
  Çıxış edənlər millət vəkilləri Kamaləddin Qafarov, Elmira Axundova, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Akademik Zərifə Əliyeva adına Liseyin direktoru Mehriban Vəliyeva Zərifə Əliyevanı peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim kimi xarakterizə etdilər. Natiqlər çıxışında bildirdilər ki, onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı.
  Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında həkim peşəsini vicdanla yerinə yetirən oftolmoloq alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq onun öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırdı. Natiq çıxışında insanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanmış Zərifə xanım Əliyevanı istər elmi fəaliyyətində qazandığı uğurlar, istər şəxsiyyət kimi öz  fərdi keyfiyyətləri ilə ailəsinin və vətəninin adını ucaldan şəxsiyyət kimi səciyyələndirdi. Zərifə xanımı Azərbaycan xalqının sərvəti kimi səciyyələndirərək, onun bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığını qeyd etdi.
  Daha sonra tədbir Azərbaycan Respublikasının Əməkdar Artisti Hüsniyyə Mürvətovanın  ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirildi, Cəfər Cabbarlının “Ana”,  Leyla Əliyevanın “Zaman” şeirləri səsləndirildi. O cümlədən, Azərbaycanın xalq artisti Samir Cəfərovun ifasında  “Sevgili canan” və “Məşəl kimi yanan ürək”, rayonun istedadlı gənci Rəşad Hacızadənin ifasında  “Əziz ana” mahnıları ifa edildi. Həmçinin, rayonun M.Maqomayev adına 26 № - li onbirillik Uşaq Musiqi Məktəbi "Fantaziya" skripkaçılar qrupunun müşaiyyəti ilə 179 saylı orta məktəbin 2-ci sinif şagirdi Aysun Əsgərovanın ifasında xalq şairi Nəriman Həsənzadənin “Əbədiyyət” şeiri səslənmiş və Humanitar Kollecin xoru “Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək” mahnısı ilə tədbirin bədii hissəsinə yekun vurdular.
Sonda qonaqlar Zərifə Əliyeva adına parkda təşkil edilən foto sərgi ilə tanış oldular.



















# kamaləddin qafarov, kamaləddin qafarov, qafarov, kemaleddin qafarov, deputat, milli məclis, milli meclis



18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.

18 Apr 2024
Cəmiyyət

Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.

18 Apr 2024
Cəmiyyət

İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb

“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanda təhsil ilə bağlı YENİLİKLƏR

“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”.

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.