Microsoft” genişmiqyaslı virus təhlükəsinə görə “Windows XP” sistemini yeniləyib

Microsoft” genişmiqyaslı virus təhlükəsinə görə “Windows XP” sistemini yeniləyib
16 2019 11:47

“Microsoft” şirkəti dəstəyi 2014-cü ildə dayandırılmış “Windows XP” əməliyyat sistemi üçün təcili yeniləmə paketi çıxarıb. Mütəxəssislər ehtiyat edirlər ki, sözügedən sistemdə aşkar edilmiş ciddi boşluq 2017-ci ildə “WannaCry” virusunun səbəb olduğu epidemiyaya gətirib çıxara bilər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, 2 il əvvəl sözügedən troyan virusu dünyada “Windows” sisteminin idarəetməsi altında işləyən on minlərlə kompüterə zərər vurub. 72 saat ərzində 150 ölkədə əməliyyat sistemlərinə zərər dəymişdi. “WannaCry” virusu fayllara girişi bloklayırdı, yalnız ödəniş edildikdən sonra blok aradan götürülürdü.

 

Aşkar edilmiş boşluq “XP” sistemindən başqa, dəstəyi 4 il əvvəl dayandırılmış “Windows 2003”-də qeydə alınıb. Həmçinin “Windows 7”, “Windows Server 2008 R2” və “Windows Server 2008” istifadəçiləri təhlükə altındadırlar. Virus “Windows 8” və “Windows 10” sisteminin idarəetməsi altında işləyən kompüterlər üçün heç bir problem yaratmır.

 

Dəstək müddətinin bitməsinə baxmayaraq, köhnə əməliyyat sistemləri müəssisələrdə geniş istifadə edilir.

Realpress.az


19 İyun 2019
İT

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi Oğuz və Qəbələ rayonlarında vətəndaşlarla görüşəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi Oğuz və Qəbələ rayonlarında vətəndaşlarla görüşəcək. Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və nazirin 1-ci müavini Əli Abdullayevin 2019-cu il iyunun 21-nə nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə 25.06.2019-cu il tarixində saat 12:00-da Oğuzda Oğuz və Şəki rayonlarının sakinlərini, nazirin birinci müavini Əli Abdullayev isə 25.06.2019-cu il tarixində saat 12:00-da Qəbələdə rayon sakinlərini qəbul edəcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları dinləyəcək. Vətəndaşlardan "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi", 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur. Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt şöbələri və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün: Oğuz rayonunda 024 2152899 Şəki rayonunda 024 2442500 Qəbələ rayonunda 024 2052599 nömrəli telefona zəng etmələri xahiş olunur.

19 İyun 2019
İT

Süni intellektli süzən aviabomba yaradılıb

İsrailin “Rafael” şirkəti müxtəlif obyektlər arasında verilmiş hədəfi aşkarlamağa imkan verən süni intellektə malik “Spice 250” adlı süzən aviasiya bombası yaradaraq uğurla sınaqdan keçirib.  

19 İyun 2019
İT

Ekspertlər mobil proqramların boşluqları haqda məlumat veriblər

Mobil proqramların 89%-i uzaq məsafədən həyata keçirilən haker hücumları qarşısında dayanıqsızdır. Kibertəhlükəsizlik sahəsi üzrə ixtisaslaşmış “Positive Technologies” şirkətinin mütəxəssisləri xəbərdarlıq edirlər ki, mobil proqramların 33%-dən çoxuna müdaxilə mümkündür.

18 İyun 2019
İT

“WhatsApp” messencerində yeni fırıldaqçılıq növü aşkar edilib

“Eset” antivirus şirkəti “WhatsApp” messencerində yeni fırıldaqçılıq növü aşkar edib.

18 İyun 2019
İT

“Facebook” öz kriptovalyutasını yaradacaq

"Facebook" şirkəti 2020-ci ildə özünün kriptovalyutasını dövriyyəyə buraxmağı planlaşdırır.