Media millət vəkillərinin fəaliyyətini necə işqlandırır?

Media millət vəkillərinin fəaliyyətini necə işqlandırır?
05 2016 10:46

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin mart ayı üzrə analiz işini yekunlaşdırıb. 

 
Media Təqib Mərkəzi deputatlarla bağlı mart ayı üzrə məlumatları təqdim edir.
 
2016-cı ilin mart ayında elektron mətbuatda, yəni sayt və portallarda deputatlarla əlaqəli 19805 xəbər yerləşdirilib. Bunlardan 527 xəbər mənfi, 334 xəbər müsbət və 18944 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Nəriman Əliyev (104 xəbər - deputatın diplomunun, hərbi biletinin saxta olması iddiası), Hacı Salayev (58 xəbər - çörək zavodu ilə bağlı şikayətlər, deputatın oğlu ilə bağlı iddialar və s.), Rüfət Quliyev (46 xəbər - seçicilərini qapıdan qovması, iki ayağını itirmiş qazini təhqir etməsi iddiaları).
 
Xəbər sayına görə sıralama:
 
1. Mehriban Əliyeva         2534 xəbər
2. Rövnəq Abdullayev 1579 xəbər
3. Oqtay Əsədov                 997 xəbər
4. Qənirə Paşayeva         831 xəbər
5. Vasif Talıbov                 661 xəbər
6. Siyavuş Novruzov         595 xəbər
7. Vahid Əhmədov         532 xəbər
8. İsa Həbibbəyli         493 xəbər
9. Hadı Rəcəbli                 467 xəbər
10. Cavid Qurbanov         425 xəbər
 
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 2300 xəbər dərc edilib. Bu xəbərlərdən 2266-sı neytral, 27-si müsbət, 7-si isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Elmira Axundova  (2 xəbər - deputat və oğlu ətrafında olan maliyyə qalmaqalı), Nəriman Əliyev (2 xəbər - deputatın diplomunun saxta olması iddiası),  Şəmsəddin Hacıyev (2 xəbər - deputatın rektor olduğu müddətdə universitetdə rüşvət alması iddiaları) və Mirkazım Kazımova (1 xəbər - “Azadlıq” qəzetinə borcunu ödəməməsi) məxsusdur. Müsbət xəbərlər isə Mehriban Əliyeva (24 xəbər - müxtəlif medallarla təltif olunması) və Mixail Zabelinə (3 xəbər - prezidentin fəxri diplomu ilə təltif edilməsi) məxsusdur.
 
Xəbər sayına görə sıralama:
 
1. Mehriban Əliyeva         333 xəbər
2. Rövnəq Abdullayev 114 xəbər
3. Oqtay Əsədov                 107 xəbər
4. Siyavuş Novruzov         89 xəbər
5. Əflatun Amaşov         79 xəbər 
6. İsa Həbibbəyli         57 xəbər
7. Vasif Talıbov                 54 xəbər
8. Fuad Muradov                 51 xəbər
9. Musa Quliyev                 51 xəbər
10. Vahid Əhmədov         49 xəbər
 
Mart ayında televiziya kanallarında deputatlar haqqında  1472 xəbər göstərilib.
 
Xəbər sayına görə sıralama:
 
1. Mehriban Əliyeva         221 xəbər
2. Rövnəq Abdullayev 142 xəbər
3. Oqtay Əsədov                 77 xəbər
4. Fuad Muradov                 61 xəbər
5. Ziyad Səmədzadə         50 xəbər
6. Çingiz Qənizadə         41 xəbər
7. İsa Həbibbəyli         39 xəbər
8. Vahid Əhmədov         35 xəbər
9. Kamaləddin Qafarov 34 xəbər
10. Əhliman Əmiraslanov   33 xəbər
 
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.



Tags

# kəmaləddin qafarov, kamaləddin qafarov, qafurov, kemaleddin qafarov, deputat, milli məclis, milli meclis



19 İyun 2017

Gürcüstandan ölkəyə avtomobil idxalı iki dəfə artıb

Bu ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 14 mln. 406,5 min ABŞ dolları dəyərində 556 ədəd avtomobil gətirilib. Oxu.Az apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Statistika Xidməti məlumat yayıb. Ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin 5 ayı ilə müqayisədə 336 ədəd və ya 2,53 dəfə çoxdur. Məbləğ baxımından isə bu rəqəm 7 mln. 311,2 min dollar və ya 2,03 dəfə çoxdur. 2016-cı ilin 5 ayında Gürcüstandan Azərbaycana 7 mln. 095,3 min dollar məbləğində 220 ədəd avtomobil gətirilib. Qeyd edək ki, bu ilin beş ayında ümumilikdə ölkəyə 2 657 ədəd avtomobil idxal olunub. Bunun da 2 240 ədədi minik avtomobili və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Avtomobil idxalı 19 faiz artıb

8 May 2017

Yeni qanun - Yaşıl Pasport

Azərbaycanda prezidentin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşları diplomatik pasportla təmin olunacaqlar. Enter.News -un məlumatına görə, bununla bağlı “Pasportlar haqqında” qanunun 6-cı (Diplomatik pasport) maddəsinə əlavələr təklif edilir. Təklif olunan əlavələrə əsasən, Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşlarına da diplomatik pasport verəcək. Layihə plenar iclasa tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.

1 Fev 2017

Kamaləddin Qafarov : Azərbaycanın səhiyyə üzrə milli strategiyasında onkologiyanın inkişaf dinamikası

Azərbaycanın səhiyyə, tibb elmi və təhsili sisteminin bugünkü inkişafının ən mühüm mərhələləri bilavasitə xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan xalqının tibbi təminatını daim diqqət mərkəzində saxlamış və ölkəmizdə səhiyyə sisteminin müntəzəm olaraq yaxşılaşması üçün böyük işlər görmüşdür.

12 Dek 2016

Kamaləddin Qafarov çıxışında Heydər Əliyevlə bağlı şahidi olduğu xatirəsini bölüşdü

10 dekabr 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

12 Dek 2016

Binəqədidə Ümummilli Liderin xatirəsi anılıb FOTOLAR

Bu gün Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.