Mədəniyyət və Turizm Nazirliyinin işçilərinin say həddi müəyyənləşib

Mədəniyyət və Turizm Nazirliyinin işçilərinin say həddi müəyyənləşib
29 Okt 2016 16:32

Mədəniyyət və Turizm Nazirliyinin işçilərinin say həddi müəyyənləşib.

Realpress.Az-ın APA-ya istinadla məlumatına görə, bu, Azərbaycan prezidentiİlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” prezidentin 2006-cı il 18 aprel tarixli 393 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” fərmanında əksini tapıb.

Fərmana əsasən Mədəniyyət və Turizm Nazirliyinin işçilərinin say həddi 379 ştat vahidi olmaqla, nazirliyin aparatı üzrə 160 ştat vahidi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və regional mədəniyyət və turizm idarələri üzrə 219 ştat vahidi müəyyən edilib.

Qeyd edək ki, prezidentin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2016-cı il 29 mart tarixli 1932 nömrəli sərəncamına əsasən Bakı, Gəncə, Sumqayıt şəhər mədəniyyət və turizm idarələrinin, rayon (şəhər) mədəniyyət və turizm şöbələrinin əsasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və regional mədəniyyət və turizm idarələri yaradılıb.


15 Noy 2018
Mədəniyyət

Eurovision klipimiz də dəyişdi - VİDEO

Belarusda keçiriləcək "Junior Eurovision"da Azərbaycanı təmsil edəcək "I wanna be like you"nun yeni versiyası təqdim olunub.

15 Noy 2018
Mədəniyyət

Ulduz filminin Naziki illər sonra - FOTO

"Ulduz" filmində yaratdığı "Nazik" obrazı ilə yadda qalan aktrisa Məleykə Ağazadənin yeni fotoları yayılıb.

14 Noy 2018
Mədəniyyət

Taxt-tac oyunları serialının son mövsümünün nümayişinin vaxtı açıqlanıb

“Taxt-tac oyunları” serialının sonuncu – səkkizinci mövsümünün nümayişi gələn ilin aprelindən başlanacaq.

12 Noy 2018
Mədəniyyət

Rafael Dadaşovun aktrisayla sözü çəp gəldi — Amaliya Pənahovaya görə

Xalq artisti Rafael Dadaşov mərhum həmkarı Amaliya Pənahova barədə ilginc açıqlamalar verib.

9 Noy 2018
Mədəniyyət

Ay xanım, ora keçmək olmaz— Nəzarətçi Şəfiqə Məmmədovanı TANIMADI

Xalq artisti Amaliya Pənahova ilə Akademik Milli Dram Teatrında keçirilən vida mərasimi zamanı teatrın nəzarətçisi Azərbaycan Respublikası Kinematoqrafçılar İttiqafının sədri, xalq artisti Şəfiqə Məmmədovanı tanımayıb.