Leyla Abdullayeva Mnatsakanyana cavab verdi

Leyla Abdullayeva Mnatsakanyana cavab verdi
13 2019 11:16


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın yerli tert.am portalına verdiyi müsahibəsinə münasibət bildirib.

L.Abdullayevanın sözlərinə görə, müsahibədə uzun-uzadı demokratik tendensiyalardan danışan xarici işlər naziri Ermənistanın təcavüzkar və işğalçı siyasətini məhz “demokratiya” pərdəsi ilə ört-basdır etmək istəyir. 

“Azərbaycanın ərazilərinin işğal edən, bu ərazilərdə yerli azərbaycanlıların etnik təmizləməsini həyata keçirən, beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq, BMT Nizamnaməsini və ATƏT-in Helsinki Yekun Aktını, BMT TŞ-nin qətnamələrini rədd edən Ermənistan rəsmisinin “demokratik system və qaydalardan” bəhs etməsi gülünc olduğu qədər saxtadır.

Z.Mnatsakanyanın münaqişənin həlli ilə bağlı söylədikləri, Ermənistanın on illlərdir davam edən təcavüz və işğal siyasətinə son qoymaq, beynəlxalq hüququn prinsiplərinə, ilk növbədə isə dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət nümayiş etdirərək normal qonşuluq münasibətləri qurmaq niyyətindən uzaq olduğunu göstərir. 

Əgər Ermənistan xarici işlər naziri həqiqi demokratiya quruculuğu, xalqının rifahı və bölgənin təhlükəsizliyi və tərəqqisində maraqlıdırsa, o zaman Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal çıxarılmalı və bu ərazilərdən didərgin salınmış məcburi köçkünlərin öz evlərinə qayıtmasına əngəl törədilməməlidir.

Yalnız bundan sonra ümumbəşəri dəyərlərdən, demokratiyadan və insan həyatına verilən önəmdən danışmaq olar”, nazirlik rəsmisi dilə gətirib.

19 İyun 2019
Siyasət

Vaşinqtonda Qarabağla bağlı önəmli görüşlər başladı

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri - Endryu Şoffer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovla (Rusiya) görüşüb.

19 İyun 2019
Siyasət

Mənsimov Rəsulzadənin adını qara siyahıda olan 21 illik köhnə gəmiyə verib - RƏZALƏT

Mənsimov Rəsulzadənin adını qara siyahıda olan 21 illik köhnə gəmiyə verib - RƏZALƏT

19 İyun 2019
Siyasət

Maaş artımı dövlət işində çalışan 600 min nəfərə şamil olunacaq - ŞƏRH

Maaş artımı dövlət işində çalışan 600 min nəfərə şamil olunacaq 

17 İyun 2019
Siyasət

"Qarabağda müharibə başlayarsa..." - Rusiyadan ermənilərə xəbərdarlıq

Ermənistanla müttəfiqlik və qardaşlıq münasibətləri ilə yanaşı, Azərbaycanla olan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələri də bizim üçün həddən ziyadə vacibdimr, önəmlidir. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir. Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanması üçün bu format vasitəsilə həm digər həmsədr ölkələrlə birlikdə, həm də əlahiddə addımlar atırıq. Belə mexanizmlər var, onlar işləyir.