Klinika direktorunu bıçaqlayan həkim həbs edildi

Klinika direktorunu bıçaqlayan həkim həbs edildi
06 2019 18:00


Sumqayıt şəhər Polis İdarəsi və prokurorluğu baş həkimin bıçaqlanması ilə bağlı rəsmi məlumat yayıb.

Realpress.az-a daxil olan birgə məlumatda deyilir ki, avqustun 5-də Sumqayıt şəhərində yerləşən “Summodern Dental” klinikasının direktoru Şahin Baxşəliyevin bıçaq yarası xəsarətləri ilə müalicə müəssisəsinə yerləşdirilməsi faktı ilə əlaqədar dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla hadisənin qeyd edilən klinikanın içərisində həkim Pərviz İbrahimov tərəfindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

P.İbrahimov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

7 Avq 2019
Kriminal

Bakıda 26 yaşlı oğlan güllələndi - Atəş açan AXTARILIR

Bakının Nərimanov rayonunda güllələnmə hadisəsi baş verib.

5 Avq 2019
Kriminal

Azərbaycanlılar arasında kütləvi dava, 23 yaşlı gənc öldü - Hadisə yerindən VİDEO

Ötən həftənin şənbə günü Ukraynanın Çernovets şəhərində azərbaycanlılar arasında kütləvi dava baş verib. Onun meyitini Azərbaycana gətirmək üçün həmvətənləri sosial şəbəkələrdə pul toplayırlar.

30 İyul 2019
Kriminal

Cinayətdə şübhəli bilinən 24 nəfər saxlanılıb

Ötən gün törədilmiş 16 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən "isti izlər"lə açılıb.