Kamaləddin Qafarov: “Bu dəfə də Azərbaycan etibarlı dost və səmimi tərəfdaş olduğunu əyani şəkildə təsdiq etdi”

Kamaləddin Qafarov: “Bu dəfə də Azərbaycan etibarlı dost və səmimi tərəfdaş olduğunu əyani şəkildə təsdiq etdi”
18 2016 00:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada terror aktl ilə bağlı Azərbaycana gələ bilməməsindən sonra Azərbaycan prezidenti İlham Əliyevin bu ölkəyə səfər etməsi iki ölkə arasında olan münasibətlərin, İlham Əliyevin bu münasibətlərə necə önəm verməsinin bariz nümunəsi oldu. Gün.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfərini şərh edərkən deyib.

 Millət vəkili qeyd edib ki, Azərbaycan prezidentinin Türkiyəyə səfərlə bağlı qərar qəbul etməsi Azərbaycan xalqının yaxşı günlərdə də, ağır günlərdə hər zaman türk xalqı ilə birlikdə olduğunu nümayiş etdirir. "Həmişə olduğu kimi bu dəfə də Azərbaycan etibarlı dost və səmimi tərəfdaş olduğunu əyani şəkildə təsdiq etdi". K.Qafarov xatırladıb ki, Azərbaycan və Türkiyə bütün sahələrdə əməkdaşlıq edirlər və bunun  da nəticəsi göz qarşısındadır. "Təkcə energetika sahəsində effektiv əməkdaşlığı qeyd etsək, xatırlamalıyıq ki, məhz Azərbaycan və Türkiyənin birgə səyləri nəticəsində regionda enerji daşınmaları sahəsində yeni xəritə yarandı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum iki dövlətin əməkdaşlığının nəticəsi olaraq meydana çıxdı. Hazırda isə enerji daşınmaları sahəsində yeni bir mərhələ başlayır ki, bu da Azərbaycan və Türkiyənin birgə qərarı nəticəsində baş verir. 2012-ci ildə məhz Azərbaycan və Türkiyə TANAP layihəsinin tikintisi barədə qərar qəbul edilmiş və bununla da "Cənub Qaz Dəhlizi"nin əsası qoyulmuş, bu layihə həyata keçirilməyə başlanıb", - millət vəkili deyib. K.Qafarov vurğulayıb ki, Azərbaycan prezidentinin dostluq və qardaşlıq jesti Türkiyə ictimaiyyəti, KİV-ləri tərəfindən xüsusi qeyd edilib. "Türkiyədə Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının Ankarada keçirilməsi təklifini, mürəkkəb vəziyyətdə Azərbaycanın Türkiyəyə dəstəyini yüksək qiymətləndirilib".



Tags

# kamaləddin qafarov, kamaləddin qafarov, qafarov, kemaleddin qafarov, deputat, milli məclis, milli meclis


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.