Kamaləddin Qafarov: Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər hər biri mütərəqqi xarakter daşıyır

Kamaləddin Qafarov: Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər hər biri mütərəqqi xarakter daşıyır
08 2016 00:00

«Konstitusiyaya təklif olunan dəyişikliklərin mühüm bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunub. Yəni bir sıra əlavə və dəyişikliklərdə insanların şərəf və ləyaqətinin qorunması, onların hüquqlarının müdafiə olunması, ayrı-ayrı orqanlarda vətəndaşların müraciətlərinə baxılması, onların təhlükəsizliyinin təmin olunması, o cümlədən müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə fərdin hüquqlarının pozulmasının qarşısının alınması kimi məsələlər əsas götürülüb». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı, «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs Kamaləddin Qafarov deyib.

K.Qafarov bildirib ki, biz mütəmadi olaraq müxtəlif informasiya portallarında, saytlarda kiminsə haqqında və yaxud kiminsə işi, şəxsi həyatı, fəaliyyəti ilə əlaqədar onun özünün razılığı olmadan “tədqiqat” aparıldığının və ictimailəşdirildiyinin şahidi oluruq. Konstitusiyaya təklif olunan dəyişikliklər məhz belə “ictimailəşdirmə”nin, anonim yazışmaların qarşısını alır və hər bir insan qarşısında məsuliyyət yardır. O cümlədən insanların sərbəst toplaşmaq azadlıqları ilə bağlı digərlərinin hüquqlarının pozulmasının və onlara qarşı hər hansı bir kin, nifrət aşılanmasının, ləyaqətdən kənar hərəkətlərin edilməsinin qarşısı alınır. Məhz bu kimi məsələlər də əlavə və dəyişikliklərdə öz əksini tapıb. Bir sözlə, nəzərdə tutulan dəyişikliklər əsasən insan hüquq və azadlıqlarının daha da genişləndirilməsini özündə ehtiva edir, vətəndaşlara yeni hüquqlar verilir, hüququn realizə olunması ilə bağlı müəyyən məhdudiyyətlər aradan qaldırılır, eyni zamanda, hüquqdan sui-istifadə etmək imkanları məhdudlaşdırılır.

«Bir sözlə, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər hər biri mütərəqqi xarakter daşıyır və daha çevik idarəetmə sisteminin formalaşdırılmasına təkan verəcək. Əminəm ki, xalq bu islahatlara səs verəcək. Bununla da Azərbaycanın həyatında yeni mərhələ başlayacaq, biz gələcəkdə Azərbaycanda daha optimal, effektiv idarə etmənin şahidi olacaq, həmçinin insan hüquq və azadlıqlarının daha effektiv təminatını görəcəyik»- deyə, K.Qafarov qeyd edib.

Tags

# kəmaləddin qafarov, kamaləddin qafarov, qafurov, kemaleddin qafarov, deputat, milli məclis, milli meclis


19 İyun 2017

Gürcüstandan ölkəyə avtomobil idxalı iki dəfə artıb

Bu ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 14 mln. 406,5 min ABŞ dolları dəyərində 556 ədəd avtomobil gətirilib. Oxu.Az apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Statistika Xidməti məlumat yayıb. Ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin 5 ayı ilə müqayisədə 336 ədəd və ya 2,53 dəfə çoxdur. Məbləğ baxımından isə bu rəqəm 7 mln. 311,2 min dollar və ya 2,03 dəfə çoxdur. 2016-cı ilin 5 ayında Gürcüstandan Azərbaycana 7 mln. 095,3 min dollar məbləğində 220 ədəd avtomobil gətirilib. Qeyd edək ki, bu ilin beş ayında ümumilikdə ölkəyə 2 657 ədəd avtomobil idxal olunub. Bunun da 2 240 ədədi minik avtomobili və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Avtomobil idxalı 19 faiz artıb

8 May 2017

Yeni qanun - Yaşıl Pasport

Azərbaycanda prezidentin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşları diplomatik pasportla təmin olunacaqlar. Enter.News -un məlumatına görə, bununla bağlı “Pasportlar haqqında” qanunun 6-cı (Diplomatik pasport) maddəsinə əlavələr təklif edilir. Təklif olunan əlavələrə əsasən, Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşlarına da diplomatik pasport verəcək. Layihə plenar iclasa tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.

1 Fev 2017

Kamaləddin Qafarov : Azərbaycanın səhiyyə üzrə milli strategiyasında onkologiyanın inkişaf dinamikası

Azərbaycanın səhiyyə, tibb elmi və təhsili sisteminin bugünkü inkişafının ən mühüm mərhələləri bilavasitə xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan xalqının tibbi təminatını daim diqqət mərkəzində saxlamış və ölkəmizdə səhiyyə sisteminin müntəzəm olaraq yaxşılaşması üçün böyük işlər görmüşdür.

12 Dek 2016

Kamaləddin Qafarov çıxışında Heydər Əliyevlə bağlı şahidi olduğu xatirəsini bölüşdü

10 dekabr 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

12 Dek 2016

Binəqədidə Ümummilli Liderin xatirəsi anılıb FOTOLAR

Bu gün Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.