Kamaləddin Qafarov : Azərbaycanda ən yüksək tibbi xidmət, ən yüksək peşəkarlıq olmalıdır

Kamaləddin Qafarov : Azərbaycanda ən yüksək tibbi xidmət, ən yüksək peşəkarlıq olmalıdır
19 2017 18:17

Qəzetimizin “Yeni mandat” rubrikasının bugünkü qonağı, 9 saylı ikinci Binəqədi Seçki Dairəsindən Azərbaycan Respublikası  Milli Məclisinin deputatı  Kamaləddin QAFAROVDUR.

- Kamaləddin müəllim, Milli Məclisə keçirilən seçkidə qələbə qazanaraq ilk dəfə mandat əldə etdiniz.  Sizcə, millət vəkili olmaq nə deməkdir?

- Millət vəkili olmaq hər bir vətəndaş üçün çox böyük şərəf və etimaddır. Fikrimcə, xalq ölkənin siyasi, iqtisadi, sosial və mədəni müstəvisində yorulmadan çalışmaq, quruculuq proseslərində özünü sınamaq və tanıtmaq üçün millət vəkilinə 5 illik mandat, həm də tarixi şans verir. Azərbaycanın bu mühüm hakimiyyət qolunda təmsil olunmaq, qanunvericilik aktlarının formalaşdırıldığı ali dövlət strukturunun üzvü olmaq, ölkəmizin hər bir vətəndaşı üçün, dediyim kimi, yüksək etimad və qaynar fəaliyyət sahəsi deməkdir. Mənim üçün bu status həm də Azərbaycan Respublikası Milli Məclisində  Binəqədi rayonu seçicilərinin mənafelərinin təmsilçiliyinin reallaşdırılması anlamına gəlir.

- Qarşıdakı müdət ərzində hansı işlərin görülməsi sizin üçün prioritetdir?

Millət vəkili ölkənin ali qanunvericilik məclisində xalqın, ona səs vermiş elektoratın qurculuq işlərində  milli strukturlara kömək göstərmək, işlək qanunlar hazırlamaq, dövlətin idarə olunmasında yaxından iştirak etmək üçün yüksək etimad göstərdiyi elçidir. Burada fərd və ya fərdlər üçün əlahiddə prioritetlər ola bilməz, prioritet addımlar dövlət və Milli Məclis tərəfindən müəyyənləşdirlən taleyüklü problemlərdir. Hər bir hakimiyyət qolunun və millət vəkiliinin başlıca vəzifəsi həmin prioritet vəzifələrin reallaşdırılması, onların həyata keçməsi üçün konstruktiv təkliflər vermək, ölkənin davamlı inkişafına yönəlik planların dəstəklənməsidir.

- Deputatın əsas missiyası mandatı qazandığı seçicilərin problemlərinin həllidir. Kamaləddin Qafarovun seçicilərinin nə kimi problemləri var və bunların həlli üçün hansı addımlar atılır?

- Təbii ki, hər bir millət vəkilinin əsas missiyası dövlətin qanunvericilik bazasının formalaşdırılmasında yaxından iştirak etməklə yanaşı,  təmsil olunduğu dairənin seçicilərinin problemləri ilə də yaxından maraqlanmaq, onların həllinə yardım göstərməkdir. Mən də bu məqamı ciddi diqqətdə saxlayır və  öz missiyamı  yerinə yetirməyə çalışıram. Mütəmadi olaraq seçicilərlə görüşür, onları dinləyir, bacardıqca problemlərinin həllinə yardım göstərməyə çalışıram. Binəqədi rayonu paytaxtın ən böyük rayonlarından biri olduğu üçün, ayrı-ayrı çatışmazlıqlar da mövcuddur və yaranmış problemləri yerli icra strukturları ilə  əlaqəli şəkildə həll etməyə səy göstəririk.

- Milli Məclisin Səhiyyə Komitəsinin üzvüsünüz. Komitənin fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Hər dövrün öz tələbi, öz çağırışı olur. Daim yeniliyə, yeni təcrübələrin öyrənilməsinə və tətbiqinə maraq göstərən dövlətimizin modernləşmə, yeniləşmə siyasətinə uyğun olaraq, digər sahələr kimi, səhiyyədə də qarşıya qoyulan məqsədlərə xidmət edən qanunların qəbuluna səy göstərməliyik. Dövlətin sosial siyasətinin əsas məqsədi insanların rifahı, bir də onların sağlamlığının qorunmasıdır. Yeni yaradılan Səhiyyə  Komitəsinin üzərinə düşən vəzifələrdən biri də bu istiqamətdə görüləcək işləri müəyyənləşdirmək, ən vacib prioritetləri diqqətdə saxlamaqdır. Belə ki, insanları daha çox narahat edən xəstəliklərin yaranma səbəblərinin, fəsadlarının aradan qaldırılması yolları ilə bağlı müzakirələr aparılır, perspektivlər müəyyənləşdirilir. Statistik məlumatlardan bəlli olur ki, insanlar arasında ölüm halları daha çox ürək-damar  və xərçəng xəstəlikləri ilə bağlıdır. Bu xəstəliklərə qarşı proflaktik tədbirlərin aparılması istiqamətində görüləcək işlər çoxdur. Səhiyyə Komitəsinin hər bir üzvü arasında aparılan vəzifə bölgüsündə də «cavanlaşan» və ölümlə nəticələnən bu kimi xəstəliklərin aradan qaldırılması üçün prioritetlər dəqiqləşdirilir. İnanırıq ki, səylərin səfərbər olunması və dövlətin səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində qarşıya qoyulan vəzifələr yerinə yetiriləcək, hər bir  səhiyyə işçisi  sağlamlıq keşişçiləri olduqlarını məsuliyyətləri ilə doğuldacaqlar.

- Azərbaycan səhiyyəsinin inkişaf perspektivləri haqqında nə deyə bilərsiniz? Bu qədər inkişafın qabağında vətəndaşlar müalicə və müayinə üçün Türkiyə və İrana üz tutur.....

- Bildiyiniz kimi, son illər Azərbaycanda bütün sahələr inkişaf edir. Bu mənada səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Ölkəmizdə səhiyyə sektorunda davamlı və kompleks islahatların həyata keçirilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.  Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin də səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Azərbaycanda səhiyyənin inkişafı və ayrı-ayrı Dövlət proqramları ilə bağlı ölkə Prezidenti 20-dən çox Fərman vermişdir. Bu, xidmət sahələri üzrə ən yüksək göstəricilərdən biri sayılır. Bu, həm də səhiyyənin cəmiyyət üçün nə qədər böyük önəm daşımasının sübutudur. Yəni səhiyyə ilə bağlı mühüm Dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərini təşkil edir. 

- Səhiyyə müəssisələrinin təmiri və bərpası, ən müasir avalanlıqlarla təchiz edilməsi, vətəndaşların  pulsuz dərman preparatları ilə təmin olunması, müalicəsi, uşaqların bütün növ xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması bu sahədə islahatların əsasını təşkil edir. Dövlətimizin başçısı İlham Əliyevin fərmanları əsasında təsdiqlənən və uğurla icra edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində bölgələrdə diaqnostika mərkəzlərinin tikilib istifadəyə verilməsi də bu diqqət və qayğıdan irəli gəlir. Möhtərəm Prezidentimiz İlham Əliyevin  böləgələrə səfərləri çərçivəsində bu və ya digər səhiyyə ocaqlarının tikilərək, yaxud yenidən bərpa olunaraq istifadəyə verilməsi, eyni zamanda təməlqoyma mərasimlərinin keçirilməsi də yaddaqalan mühüm hadisələr sırasındandır.  Regionlarda  yaşayan əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə və müalicənin təşkili, əməliyyatların həyata keçirməyə imkanların yaradılması xüsusi diqqət göstərilən məsələlər sırasındadır.  
- Bir məqamı da qeyd edək ki, möhtərəm Prezidentimiz İlham Əliyev digər sahələr kimi, səhiyyədə də yüksək ixtisaslı kadrların yetişdirilməsinə xüsusi önəm verir. Dünya səhiyyə elminin uğurlu inkişafını insanların sağlamlığına töhfə kimi dəyərləndirən cənab İlham Əliyev bildirir: “Biz çalışmalıyıq ki, dünyada bu sahədə gedən ən son yeniliklər, ixtiralar Azərbaycanda da tətbiq olunsun. Biz buna hazır olmalıyıq. Yaradılan maddi-texniki baza, müasir avadanlıq belə imkanları verir. Həkimlərin peşəkarlığı, bilikləri artmalıdır. Həkimlər daim öz fəaliyyətləri, işləri ilə elə etməlidirlər ki, daha da bilikli olsunlar. Elə edək ki, Azərbaycanda istənilən ən ağır əməliyyat aparıla bilsin. Son illərdə deyə bilərəm ki, biz buna nail ola bilmişik. Çünki bu gün Azərbaycanda ən ağır ürək-damar əməliyyatları, orqan transplantasiyaları aparılır. Ancaq sirr deyil ki, bəzi insanlar, xüsusilə imkanlı insanlar müalicə üçün hələ də daha çox xaricə üz tuturlar. Biz elə bir vəziyyət yaratmalıyıq ki, buna ehtiyac olmasın. Azərbaycanda ən yüksək tibbi xidmət, ən yüksək peşəkarlıq olmalıdır. Mən əminəm ki, birgə səylər, həm dövlət tərəfindən aparılan siyasət, yeni tibb ocaqlarının yaradılması, müasir avadanlığın mövcudluğu və həm də həkimlərin peşəkarlığı, təkmilləşməsi bizi bu məqsədə nail olmağa gətirib çıxaracaqdır.» Bir əsas məqamı da qeyd edək ki,  beynəlxalq təşkilatlar, o cümlədən Dünya Səhiyyə Təşkilatı Azərbaycanda həyata keçirilən islahatları yüksək dəyərləndirir.

- Bir sözlə, səhiyyənin inkişafı dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Yeri gəlmişkən,  ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yüzlərlə dərman vasitəsinin qiymətinin tənzimlənməsi də insanların sosial problemlərinin həllində ciddi rol oynayan bir məsələdir və tamamilə əhalinin maraqlarına cavab verir.

- Coxdandır müzakirə olunan İcbari Tibbi Sığorta ilə bağlı mühüm irəliləyişlər var. Bu sistemin tətbiqi vətəndaşlara nə verəcək?

- Ümumiyyətlə, icbari tibbi sığorta müasir dünyada səhiyyə sisteminin maliyyələşməsinin ən optimal yoludur. Azərbaycan da bu yolu tutub və icbari tibbi sığortanın tətbiqi üçün lazım olan hazırlıq işləri ölkəmizdə başa çatmaq üzrədir. Bu sahədə lazımi hüquqi baza yaradılıb, dünya təcrübəsi öyrənilib, bu işi həyata keçirəcək qurumun – Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Agentliyinin əsasnaməsi təsdiq olunub. Beynəlxalq ekspertlərin yaxından iştirakı ilə hazırda yerli mütəxəssislər tərəfindən icbari tibbi sığortanın pilot layihəsi hazırlanıb.

- İcbari tibbi sığortanın əsas prinsipi və mahiyyəti səhiyyə xərclərinin və xidmətlərə nəzarətin paylaşmasından ibarətdir. Yəni əgər hazırki dövlət səhiyyəsində tibbi xərcləri yalnız dövlət büdcəsindən, özəl sektorda isə vətəndaşlar tərəfindən ödənilirsə, icbari tibbi sığorta tətbiq olunandan sonra bu xərclər dövlət, işəgötürən və işçi arasında bölünəcəkdir. Eyni zamanda, tibb müəssisələrinin maliyyələşməsi, onların gördükləri işin həcminə və keyfiyyətinə uyğun olaraq həyata keçiriləcəkdir. Bu da istər səhiyyə müəssisələri arasında, istərsə də tibb işçiləri arasında sağlam rəqabərin formalaşmasına xidmət edəcək.İcbari tibbi sığortanın tətbiqi səhiyyə sisteminin maliyyə potensialını gücləndirəcək. İcbari tibbi sığorta vətəndaşların maraqlarının və sağlamlığının qorunması sahəsində dövlətin sosial müdafiə sistemidir. Aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar, tələbələr, rəsmi işsizlik status olan vətəndaşlar sığorta haqqı ödəməyəcək. Təqribən 4 milyon vətəndaşın sığorta haqqı dövlət tərəfindən ödəniləcək.

- Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev bu il fevralin 2-də Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında fərman imzalayıb.Prezident İlham Əliyev tərəfindən imzalanmış 2016-cı il 29 noyabr tarixli Fərmana əsasən isə, Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) pilot layihə müddətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilib.2017-ci il yanvarın 1-dən pilot layihə başa çatanadək həmin qurumların maliyyələşdirilməsini, inventarizasiyasını və kadr məsələlərinin tənzimlənməsini agentlik həyata keçirəcək. Fərmanın əsas məqsədi icbari tibbi sığortanın pilot olaraq sınaqdan keçirilməsinin təşkili, müvafiq araşdırma və təhlillərin yerində aparılması, pilot layihənin gedişatına bilavasitə nəzarət edilməsi və bununla bağlı digər işlərin vahid mərkəzdən idarə edilməsindən ibarətdir.Agentliyin qarşısında duran əsas vəzifələr pilot ərazilərdəki tibbi xidmət şəbəkəsindən və resurslardan səmərəli istifadə etmək, əhaliyə yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etməkdir.

- Bir sözlə, 2016-cı ilin fevralından fəaliyyətə başlayan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması hökumətin sosial siyasətinin yeni istiqamətidir. Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi əsas məsələlərdən biridir. Agentliyin məqsədi səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarda qurulmasını təmin etmək, əhalinin tibbi xidmətlərdən istifadə imkanlarını artırmaqdır. Agentlik səhiyyə sahəsinə ayrılan vəsaitlərin daha səmərəli istifadə edilməsi ilə əhalinin sağlamlığının yaxşılaşdırılmasına xidmət edir.

- Artıq Agentlik İcbari Tibbi Sığortanın baza zərfini hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Baza zərfinə təqribən 1800-dən artıq müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyyə əməliyyatı və digər tibbi xidmətlər daxildir. Lakin dövlət proqramları tərəfindən dəstəklənən bir sıra xəstəliklərin müalicəsi İcbari Tibbi Sığortanın baza zərfinə daxil edilməyib. Gələcəkdə həmin xəstəliklər üzrə də təminat vermək nəzərdən keçirilir.

- Qeyd edim ki, 2017-ci ilin əvvəlindən Yevlax rayonunda və Mingəçevir şəhərində İcbari Tibbi Sığortanın tətbiqinə başlanacaq və qısa zamanda bütün ölkənin digər regionlarını da əhatə edəcək. Oktyabrda Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İcbari Tibbi Sığorta Sisteminin tətbiqi ilə əlaqədar Yevlax rayonunda və Mingəçevir şəhərində sakinlərlə görüş keçirib.

Kamaləddin müəllim, maraqlı müsahibə üçün təşəkkür edir, Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq..


Ədalət qəzeti 14 yanvar 2017-cı il


Tags

# kamaləddin qafarov, kamaləddin qafarov, qafarov, kemaleddin qafarov, deputat, milli məclis, milli meclis

8 Noy 2018
Müsahibə

Qurban Qurbanov:Son vaxtlar üzərimizdə psixoloji təzyiq var - MÜSAHİBƏ

"Sabah çətin vacib oyun olacaq. Çox istərdik ki, 4-cü oyunumuzda yaxşı nəticə əldə edək. Buna yaxşı oyunla nail olmaq istərdik".

2 Noy 2018
Müsahibə

Mən Azərbaycanda ilk italyan məşqçiyəm. Roberto Bordinlə müsahibə

Mən Azərbaycanda ilk italyan məşqçiyəm. Roberto Bordinlə müsahibə

31 Okt 2018
Müsahibə

Telli Pənahqızı: Evinizdə şıllaq atan, şpaqat açanları görmək istərdinizmi?

Telli Pənahqızı: Evinizdə şıllaq atan, şpaqat açanları görmək istərdinizmi?