İraqlı zabit ZƏVVARLARIMIZI İŞİD təhlükəsindən necə xilas etdi?

İraqlı zabit ZƏVVARLARIMIZI İŞİD təhlükəsindən necə xilas etdi?
03 Dek 2016 15:34

Bu il Azərbaycandan İraqın Kərbəla şəhərinə gedən zəvvarlar bir sıra çətinliklərlə yanaşı maraqlı hadisələrlə də qarşılaşıblar.

Zəvvarlarımızın publika.az-a verdikləri məlumata görə, onları daşıyan avtobusun sənədlərində problem olması səbəbindən İranla yanaşı, İraqda da qısamüddətli yubanma ilə üzləşiblər.
Arifə Məmmədova adlı zəvvar belə deyib: "Bəzi sənədlərdəki çatışmazlıqlarla əlaqədar avtobuslarımızı İraqın sərhəd buraxılış məntəqəsində saxladılar. Buraxılış məntəqəsinin yüksək rütbəli zabitlərindən biri Əli Ömər nişanlarımızı (zəvvarların çiyinlərində daşıdıqları və üzərindəki bayraqdan toxunmuş nişanla onların hansı ölkənin vətəndaşı olduğunu əks etdirən vasitə) gördükdə bizə xüsusi xidmət göstərilməsi barədə tapşırıq verdi. Bundan sonra isə yaxınlıqdakı maşınların yük yerinin açılmasını, zəvvarlar üçün nəzərdə tutulmuş ərzaqların azərbaycanlılara paylanılmasını tələb etdi. Bundan sonra bizə xüsusi qablarda ərzaq və su verdilər.

Qeyd edim ki, onun üzündə sifətini gizlədən xüsusi qoruyucu vasitə vardı. Bizim Azərbaycandan gəldiyimizi eşitdikdə üzündəki bu qoruyucu vasitəni çıxardı və ərəbcə "Azərbaycan, Azərbaycan, xoş gəlmisiniz", - deyib bizi səmimi salamladı".

"Yüzlərlə azərbaycanlı zəvvara xüsusi hörmətlə yanaşan və tabeliyindəki hərbçilərə də bizə qarşı diqqətli davranmaq tapşırığı verən İraq zabitinin soydaşlarımıza qarşı ehtiramı bununla kifayətlənməyib", - deyən zəvvar sözlərinə belə davam etdi: "O, özü ilə 3 silahlı əsgər götürüb xidməti avtomobilinə mindi. Sürücülərimizə "Bura təhlükəli yerdir. Terrorçuların (İŞİD silahlılarının) tez-tez göründüyü ərazidir və o yolla getsəz siz böyük təhlükə ilə qarşılaşa bilərsiz", - deyib avtobusları onun xidməti avtomobilinin arxasınca sürməsini tapşırdı".

Azərbaycanlı zəvvarları nisbətən təhlükəsiz əraziyə aparan zabit sürücülərə ziyarətdən qayıdarkən onun xidmət etdiyi buraxılış məntəqəsinə gəlmələrini məsləhət görüb. Kərbəla şəhərindən geri qayıdan sürücülər onun tövsiyəsinə əməl ediblər. Geri qayıdan zəvvarlar iraqlı zabitlə xatirə fotoları çəkdiriblər. O, Azərbaycanı çox sevdiyini, respublikamızda bir dəfə olduğunu, yaxın vaxtlarda növbəti dəfə səyahət edəcəyini bildirib.


29 Mar 2024
Cəmiyyət

Manat bu valyutalar qarşısında bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

29 Mar 2024
Cəmiyyət

10 yaşımda çıxdığım Füzuliyə indi geri dönürəm - Gülnarə Talıbova

Füzulidən çıxanda 10 yaşım var idi. İndi elimə-obama geri dönürəm

29 Mar 2024
Cəmiyyət

Şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

Məktəbəhazırlıq qruplarında , 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq. Aprelin 3-ü saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılacaq.

29 Mar 2024
Cəmiyyət

“Böyük Dəbilqə”: İlk gündə Azərbaycanın 3 cüdoçusu mübarizə aparacaq

Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.

29 Mar 2024
Cəmiyyət

Xırdalanda 10-dan çox qumbara tapıldı - FOTO/VİDEO

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində sursat aşkar edilib.