İlham Əliyev və Ərdoğan telefonla danışdı

İlham Əliyev və Ərdoğan telefonla danışdı
15 2019 14:32


Mayın 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edib, dövlətimizin başçısına və xalqımıza firavanlıq arzularını çatdırıb. 

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib və öz növbəsində, Rəcəb Tayyib Ərdoğanı və Türkiyə xalqını bayram münasibətlə təbrik edib, Türkiyə Prezidentinə və xalqına ən xoş arzularını çatdırıb.

Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

16 Avq 2019
Siyasət

Prezident bu hərbçilərin rütbələrini artırdı - SİYAHI

Prezident bu hərbçilərin rütbələrini artırdı - SİYAHI

15 Avq 2019
Siyasət

Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda daha bir həyət abadlaşdırıldı - FOTO

Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda daha bir həyət abadlaşdırıldı - FOTO

14 Avq 2019
Siyasət

Leyla Əliyevanın təşəbbüsü ilə daha iki ictimai çimərlik yaradıldı - FOTO

Leyla Əliyevanın təşəbbüsü ilə daha iki ictimai çimərlik yaradıldı - FOTO

13 Avq 2019
Siyasət

Mehriban Əliyevanın təşəbbüsü ilə 70 minə yaxın aztəminatlı ailəyə bayram payı verildi - FOTO

Mehriban Əliyevanın təşəbbüsü ilə 70 minə yaxın aztəminatlı ailəyə bayram payı verildi - FOTO