Hansı səhv İŞİD-in yaranmasına səbəb oldu? - Obama açıqladı

Hansı səhv İŞİD-in yaranmasına səbəb oldu? - Obama açıqladı
07 Dek 2016 10:25

ABŞ prezidenti Barak Obama hesab edir ki, İŞİD qruplaşması ilə mübarizədə ABŞ hakimiyyəti 2003-cü ildə İraqa hərbi müdaxilə zamanı yol verdiyi səhvləri təkrarlamayıb.   

“İŞİD-in hərəkətlərinə cavab tədbirləri ilə bağlı qərar verilərkən biz 2003-cü ildə İraqa müdaxilə zamanı buraxdığımız bəzi səhvləri təkrarlamaqdan imtina etdik. Məhz həmin səhvlər sonradan İŞİD-ə çevrilən təşkilatın formalaşmasına kömək etdi”, - deyə Obama Floridada terrorla mübarizə mövzusunda çıxışı zamanı bildirib.   

O qeyd edib ki, 2014-cü ildən bu vaxtadək əsas üstünlük,  ilk növbədə, İŞİD-lə mübarizə aparan İraqın milli birlik hökumətinə dəstəyə verilir: “Bundan başqa, ABŞ,  İraqın qonşuları da daxil olmaqla 60 ölkənin qoşulduğu koalisiya yaradıb. Bundan sonra biz, ABŞ batalyonları ilə yox, yerli birləşmələrin vasitəsilə Suriya və İraqda terrorçularla mübarizəyə başladıq. Biz onlara avadanlıqlar, müşavirlər və  xüsusi təyinatlılarla yardım edirik”.  

Onun sözlərinə görə, koalisiya terrorçulara artıq 16 mindən çox zərbə endirib, on minlərlə yerli döyüşçüyə yardım göstərilib, İŞİD-in nəzarətində olan ərazilərin yarıdan çoxu azad edilib.   


19 Apr 2024
Dünya

Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO

Rusiyada yaz daşqınları üzündən subasan yaşayış binalarının sayı bir sutka ərzində 1,7 min artaraq 18 minə çatıb.

18 Apr 2024
Dünya

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

18 Apr 2024
Dünya

Rusiyada neft anbarının yaxınlığında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Voronej vilayətində neft anbarı yaxınlığında güclü yanğın baş verib.

18 Apr 2024
Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.