Gələn həftədən Azərbaycanda dollar ucuzlaşa bilər – PROQNOZ

Gələn həftədən Azərbaycanda dollar ucuzlaşa bilər – PROQNOZ
03 Dek 2016 16:35

Azərbaycanda ABŞ dollarının rəsmi məzənnəsi gələn həftədən azala bilər. 

REALPRESS.Az-ın məlumatına görə, “Report” analitik qrupu bildirir ki, buna səbəb bu həftə keçirilən sonuncu valyuta hərracında məzənnənin artım tempinin zəifləyərək 0,0021 qəpiyə düşməsi ilə bağlıdır. 

Bundan başqa, dolların məzənnəsinə bir neçə gün bundan əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun açıqlamalarının da təsir edəcəyi gözlənilir. Belə ki, 
E.Rüstəmov dolların məzənnəsindəki cari hərəkətin neftin 45-50 dollar/barel qiymətinə uyğunlaşdırıldığını bildirib. Son iki gündə isə Azərbaycan neftinin dünya bazarında qiyməti 55 dollar/barel səviyyəsini ötüb və bu tendensiyanın yaxın vaxtlarda davam etməsi gözlənilir. Analitik qrup neftin qiymətinin 3-6 ay ərzində 50 dollardan yuxarı həddə olacağını ehtimal edir.

“Dolların rəsmi məzənnəsinin ilin sonunadək 1,70 AZN/USD səviyyəsindən aşağı düşəcəyi istisna edilmir. Belə olarsa, nağd valyuta bazarında da dolların 1,70 AZN/USD-yəkimi geriləməsi mümkün görünür”, - deyə analitiklər əlavə ediblər.


24 May 2019
İqtisadiyyat

İqtisadiyyat Nazirliyində yeni vəzifə təyinatları

İqtisadiyyat Nazirliyi yanında “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin direktoru Fazil Məmmədov nazirin müşaviri təyin olunub.

21 May 2019
İqtisadiyyat

Azərbaycanda dörd ayda 436 ədəd minik avtomobili istehsal olunub

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 69,3 milyon manatlıq məhsul istehsal edilib.

20 May 2019
İqtisadiyyat

Dollar və manatın bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 20 may tarixinə olan valyuta məzənnələrini açıqlayıb.