Doyunca yatmamaq ürəyin fəaliyyətinə təsir edir

Doyunca yatmamaq ürəyin fəaliyyətinə təsir edir
07 Dek 2016 10:45

Təcili yardım xidmətlərinin, tibb müəssisələrinin və hüquq-mühafizə orqanlarının əməkdaşları tez-tez 24 saatlıq iş növbəsində olurlar. Nəticədə onların yuxu və ayıq qalma rejimi pozulur. Məlum olduğu kimi, doyunca yatmamaq orqanizmdə fiziki, koqnitiv və emosional proseslərin çoxuna pis təsir göstərir.

AZƏRTAC “svopi.ru” saytına istinadla xəbər verir ki, tədqiqatçılar ürək-damar sisteminin daim yüklənmiş şəraitdə necə işlədiyini aydınlaşdırmaq qərarına gəliblər.

Tədqiqata orta yaşı 31 olan 20 sağlam (19 kişi və bir qadın) iştirakçı cəlb edilib. Onlar tam növbədə işləməli, gündə üç saat yatmalı olublar. Hər bir iştirakçının ürək-damar sistemi maqnit-rezonans təsviri proqramı vasitəsilə yoxlanılıb. Tədqiqat iştirakçılarında qan təzyiqinin yüksəlməsi, ürəyin yığılması tezliyinin artması müşahidə olunub.

Tədqiqat qrupunun rəhbəri, Almaniyanın Bonn Universitetinin professoru Deniel Kvetinq deyib: “Uzunmüddətli iş növbələri ürək əzələsinin fəaliyyətini, qan təzyiqini, ürəyin yığılma tezliyini pozur”.

Bundan əlavə, tireotrop hormonunun, FT3 və FT4 qalxanvari vəzisi hormonunun və orqanizmin stressə cavab olaraq əmələ gətirdiyi kortizol hormonunun səviyyəsi artıb.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.