Dolları bahalaşdıran SƏBƏB

Dolları bahalaşdıran SƏBƏB
06 Dek 2016 14:32

ABŞ-da açıqlanan müsbət statistik göstəricilər və Federal Ehtiyat Sistemi (Federal Reserve System, FED) tərəfindən uçot dərəcəsinin artırılması ehtimalının yüksək olması dolların avro və Yaponiya yeninə qarşı bahalaşmasına səbəb olub.

REALPRESS.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Wall Street Journal" yazır.

Dolların əsas valyutalara qarşı dinamikasını özünə əks etdirən "WSJ Dollar" indeksi 0,15% möhkəmlənib.
 
Bugünkü ticarət sessiyasının açılışında avro 1,0746 dollara enib. Belə ki, Avrozonanın vahid valyutasının məzənnəsi ötən sessiyanı 1,0764 dollarla başa vurub.
 
Bundan başqa, dollar 113,85 yendən 114,1 yenədək bahalaşa bilib.
 
Xatırladaq ki, ötən gün avro 21 aylıq minimum səviyyəyə, yəni 1,0506 dollara enib.


9 Avq 2019
İqtisadiyyat

Manatın MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı 9 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

7 Avq 2019
İqtisadiyyat

Dollar və manatın bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 7 avqust tarixinə olan valyuta məzənnələrini açıqlayıb.