Dollara qarşı çıxan ölkələr nə əldə edəcək?

Dollara qarşı çıxan ölkələr nə əldə edəcək?
06 Dek 2016 10:11

Dollara qarşı cəbhə genişlənir. Dörd böyük ölkənin ABŞ valyutasına qarşı birləşməsi gündəmdədir. Lakin ekspertlər bu ittifaqın perspektivini görmürlər.
Türkiyə, Rusiya, İran və Çin qarşılıqlı ticarətdə dollardan imtina edərək öz valyutalarından istifadə edə bilər. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. © SPUTNİK / MURAD ORUJOV Samir Əliyev, iqtisadçı-ekspert “Biz Rusiya, Çin və İran ilə alış-verişimizi yerli pulla həyata keçirmək üçün addımlar atdıq. Sabah axşam baş nazirimiz Rusiyaya gedir. Oralarla ticarətimizi yerli pulla həyata keçirmək üçün addımlar atacağıq. Onlardan nəsə alsaq, onların pulu ilə, onlar bizdən alanda bizim pulla alacaqlar. Mərkəzi Banka təlimat verdik. Bu oyunlar tutmayacaq. Biz də öz oyunumuzu oynayacağıq”, — deyə Ərdoğan bəyan edib.

Eksper, Samir Əliyev

Eksper, Samir Əliyev

Ərdoğanın açıqlamasını Sputnik-ə şərh edən iqtisadçı-ekspert Samir Əliyev, son 4-5 ildə bu tipli təşəbbüslərin aktuallaşdığını deyib: “Müəyyən zaman kəsiyində dolların bir tədavül vasitəsi kimi dövriyyədən çıxarılması da proqnozlaşdırılırdı. Yəni, “dollara artıq ehtiyac yoxdur, bütün dünya imtina edir”. Amma tarix göstərdi ki, dollara ehtiyac həmişə olub və bundan sonra da olacaq. Çünki, dolların arxasında Amerika iqtisadiyyatı dayanır. Yəni, bu iqtisadiyyat hər baxımdan güclüdür”.

“Bu tipli təşəbbüslər İran və Çin arasında da olub. Rusiya təşəbbüs göstərib, indi də Türkiyə qoşulmaq istəyir. Amma bunun heç bir perspektivini görmürəm. Ona görə ki, bu ölkələrin dünya ticarətində payı elə də böyük deyil. Əsas Çin böyük bir iqtisadiyyata malikdir, dünyada ən böyük 2-ci iqtisadiyyata malikdir. Amma ticarət dövriyyəsində bu ölkələrin, o cümlədən Türkiyənin böyük bir payı yoxdur. Ona görə də onların təşəbbüsünün dollara hansısa bir təsir edəcəyi inandırıcı görünmür”, 

— mütəxəssis bildirib.

Digər tərəfdən, S. Əliyev qeyd edib ki, Türkiyənin özü bu gün iqtisadi çətinlik dövrünü yaşayır: “Xarici borcları getdikcə artır, iqtisadiyyatında geriləmələr müşahidə edilir. Əsas gəlir mənbəyi olan turizm getdikcə çətin dövrünü yaşayır. Hansı ki, o turizm ölkəyə kifayət qədər valyuta gətirirdi. Türkiyə kifayət qədər ixrac potensialına malik ölkədir, əsas bazarlarından biri də Rusiyadır, Avropadır. İndi Rusiyaya mal ixrac edib, oradan əvəzində rubl alacaqdı, halbuki Türkiyənin dollara ehtiyacı var. Çünki, bütün texnologiyalar bu gün Avropadan, Amerikadan gəlir. Bu texnologiyaların alınması üçün də avro, dollar lazımdır”. “Ona görə də belə bir addımın səmərə verəcəyini gözləmirəm. Ola bilər, bundan müəyyən qədər ticarətdə istifadə edilsin, amma düşünürəm ki, bu addım uğursuzluğa düçar olacaq”, — iqtisadçı vurğulayıb. FACEBOOK/ QUBAD İBADOĞLU Qubad İbadoğlu – İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Azərbaycanın bu prosesə qoşulma ehtimalına gəlincə, ekspert bunu mümkünsüz hesab edir: “Çünki, Azərbaycan əsas neft ixrac edir. İxracın 80 faizindən çoxu neftdir. Qeyri-neft sektorunun payı çox azdır. Bu gün Azərbaycanın dollara ehtiyacı var. Ölkədə müşahidə edirik ki, dollar qıtlığı var, manat dəyərini itirir. Elə hökumət ixracı artırmaqla ölkədə dolların təminatını prioritet olaraq qoyub. Nəzərə alaq ki, bizim əsas ixrac etdiyimiz ölkə Rusiyadır, bu ölkəyə, əsasən meyvə-tərəvəz ixrac edirik. İxrac zamanı dollar əvəzinə rubl alacağıq, bu, bizim manata daha da böyük zərbə vuracaq. Ona görə də Azərbaycanın qoşulmasının heç bir perspektivini görmürəm”.

Buna da bax: Türkiyədə benzinin qiyməti qaldırılır

S. Əliyev Türkiyə prezidentinin bəyanatını qısaca belə dəyərləndirir: “Bu, daha çox Ərdoğan tərəfindən emosional, eyni zamanda, daxili kütləyə yönəlik bir addımdır”. İqtisadçı-ekspert Qubad İbadoğlu da dollardan imtina gedişini, iqtisadi baxımdan qeyri-real hesab edir. “Bu, daha əvvəl İranın bu istiqamətdə verdiyi bəyanatların daha geniş variantı hesab oluna bilər”, — deyə o, Sputnik-ə açıqlamasında bildirib. “Azərbaycan bu prosesə qoşulsa, bu addım manatın sonu ola bilər. Çünki, Azərbaycan üçün hazırda ən vacib valyuta dollardır, avrodur. Yəni, bu valyutanın ölkəyə daxil olmaması Azərbaycan manatının məhvinə gətirib çıxarda bilər”, — iqtisadçı vurğulayıb. Dünyada ticarətin əsasən dollarla aparılmasına gəlincə, ekspert bildirib ki, dollar aparıcı valyuta vahidlərinin siyahısında ilk yerdədir və dollarla hesablaşmalar daha sadədir: “Çünki, bütün ölkələrdə bununla bağlı depozitlər var, bank hesablaşmaları bunun üzərində qurulub, dollar daha sabitdir, təhlükəsizdir və sair”.


24 May 2019
İqtisadiyyat

İqtisadiyyat Nazirliyində yeni vəzifə təyinatları

İqtisadiyyat Nazirliyi yanında “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin direktoru Fazil Məmmədov nazirin müşaviri təyin olunub.

21 May 2019
İqtisadiyyat

Azərbaycanda dörd ayda 436 ədəd minik avtomobili istehsal olunub

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 69,3 milyon manatlıq məhsul istehsal edilib.

20 May 2019
İqtisadiyyat

Dollar və manatın bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 20 may tarixinə olan valyuta məzənnələrini açıqlayıb.