Devid Bekhemin sürücülük vəsiqəsi əlindən alındı

Devid Bekhemin sürücülük vəsiqəsi əlindən alındı
10 2019 10:21


Londonun Bromley Magistrates Court məhkəməsində dünya şöhrətli futbolçu Devid Bekhemin işinə baxılıb.

Məlumata görə, Bekhemin avtomobil idarə edərkən telefonla oynaması məşhura baha başa gəlib. 

Hakim Devidin sürücülük vəsiqəsini altı ay müddətinə əlindən alıb. Üstəlik, ona 750 funt-sterlinq (təxminən 1700 manat - red.) dəyərində pul cəzası kəsib. 

İngiltərə qanunvericiliyinə əsasən, sükan arxasında telefondan istifadə etmək qəti qadağandır.

Qeyd edək ki, ötən il Bekhem nəinki telefonla oynayıb, eləcə də, bir neçə dəfə sürət həddini aşıb. Sürət həddi saatda 60 km olduğu halda Bekhem 90 km sürətlə hərəkət edib. Lakin bütün bunlara rəğmən, futbolçunun vəkili Friman onu bu cəzadan azad edə bilmişdi. 


9 Avq 2019
Şou-biznes

Niyaməddin Musayevin Mətanət İsgəndərli ilə ROMANTİK RƏQSİ - VİDEO

Xalq artisti Niyaməddin Musayevlə əməkdar artist Mətanət İgəndərlinin videosu yayılıb.

8 Avq 2019
Şou-biznes

Azərbaycanlı aparıcıda xərçəng aşkarlandı - Onkologiyada döyüşlərim başladı - FOTO

Lider TV-nin əməkdaşı Zərifə Çobanzadə Tapdıq qızında xərçəng xəstəliyi üzə çıxıb.

8 Avq 2019
Şou-biznes

"Toppuş bacı" ərindən yazdı: "İnsan dar gündə tanınar" - FOTO

“Deyirlər, insan dar gündə tanınar. Yaxşı ki, mənim həyatımda varsan. Hər şey yaxşı olacaq”