Dərin tarixi köklərə malik Azərbaycan-Türkiyə dostluğu digər ölkələr üçün nümunədir

Dərin tarixi köklərə malik Azərbaycan-Türkiyə dostluğu digər ölkələr üçün nümunədir
12 2016 18:50

Dünyada elə iki dövlət tapmaq olmaz ki, onlar arasındakı münasibətlər Azərbaycan-Türkiyə münasibətləri qədər sarsılmaz və möhkəm olsun.


AZƏRTAC xəbər verir ki, bu fikir aprelin 12-də Milli Məclisin sədri Oqtay Əsədovun Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə səslənib.

Görüşdə Necdet Ünüvar Türkiyənin Prezidenti, Baş naziri, TBMM-in sədri və türk xalqı adından son günlər cəbhə xəttində baş vermiş hadisələrlə əlaqədar ölkəmizin verdiyi şəhidlərə görə Azərbaycan rəhbərliyinə və xalqına dərin hüznlə başsağlığı verib, şəhidlərə Ulu Tanrıdan rəhmət diləyib.

Qonaq türk xalqının böyük oğlu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir” ifadəsini xatırlayaraq, hər zaman dost və qardaş kimi sevdikləri azərbaycanlıların yanında olduqlarını söyləyib. O, erməni hərbi birləşmələri tərəfindən işğal edilmiş ərazilərin azad olunmasında Azərbaycan əsgərinin göstərdiyi rəşadəti yüksək qiymətləndirərək, tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına inandığını deyib. Bu yolda Türkiyənin hər zaman Azərbaycana dəstək olacağını bildirib.

Qeyd edilib ki, səfərdə olan nümayəndə heyətinin tərkibində müxtəlif partiya təmsilçilərinin olmasına baxmayaraq, Azərbaycan məsələsində türkiyəli deputatlar arasında fikir ayrılığı yoxdur. Bu, Azərbaycan xalqına olan qardaş münasibətin bariz nümunəsidir.

Milli Məclisin sədri Oqtay Əsədov görüşdə səslənən fikirlərə görə Türkiyə rəhbərliyinə, qonağa və Türkiyə xalqına dərin təşəkkürünü bildirib. Sədr Azərbaycana olan bu münasibəti ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi “Bir millət, iki dövlət” ifadəsinin parlaq təzahürü kimi dəyərləndirib. Qeyd edib ki, dünyada elə iki dövlət tapmaq olmaz ki, onlar arasındakı münasibət bu qədər sarsılmaz və möhkəm olsun. Dərin tarixi köklərə malik bu dostluq digər dövlətlər üçün də nümunədir.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafı, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin komitə sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov, Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alpər Coşqun və digər rəsmi şəxslər iştirak ediblər.


x x x


TBMM-in nümayəndə heyəti Milli Məclisin Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə də görüşüb.

Milli Məclisin səhiyyə komitəsinin sədri, işçi qrupun rəhbəri Əhliman Əmiraslanov xalqlarımızın bu gün bütün dünyaya nümunə sayılacaq qardaşlıq və dostluq münasibətlərindən söhbət açıb. O, eyni dilə, eyni dinə, eyni tarixi və milli adət-ənənələrə malik olduğumuzu söyləyib. Komitə sədri münasibətlərimizin bu səviyyəyə çatmasında hər iki ölkə prezidentlərinin rolunu, onların mütəmadi qarşılıqlı səfərlərini xüsusi vurğulayıb.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar Azərbaycanxalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət”, dahi Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamlarının hər iki xalqın dilində əzbər olduğunu qeyd edib.

Qonaq son günlər cəbhə bölgəsində gedən ağır döyüşlərdə şəhid olan oğullarımıza görə Azərbaycan xalqına Türkiyə hökuməti və parlamenti adından başsağlıqlarını çatdırıb. O, hər zaman olduğu kimi, bu çətin dönəmdə də xalqımızın yanında olduqlarını vurğulayıb. Dağlıq Qarabağın tezliklə erməni işğalından azad olunacağına, qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına dönəcəyinə əminliyini bildirib.

Görüşdə işçi qrupun üzvləri, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlardan Məlahət İbrahimqızı, Şəmsəddin Hacıyev, İlham Əliyev, Kamaləddin Qafarov, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun, TBMM-in deputatları Dursun Şişək, Əhməd Arslan və digər rəsmi şəxslər də iştirak ediblər.


Tags

# kəmaləddin qafarov, kamaləddin qafarov, qafurov, kemaleddin qafarov, deputat, milli məclis, milli meclis


19 İyun 2017

Gürcüstandan ölkəyə avtomobil idxalı iki dəfə artıb

Bu ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 14 mln. 406,5 min ABŞ dolları dəyərində 556 ədəd avtomobil gətirilib. Oxu.Az apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Statistika Xidməti məlumat yayıb. Ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin 5 ayı ilə müqayisədə 336 ədəd və ya 2,53 dəfə çoxdur. Məbləğ baxımından isə bu rəqəm 7 mln. 311,2 min dollar və ya 2,03 dəfə çoxdur. 2016-cı ilin 5 ayında Gürcüstandan Azərbaycana 7 mln. 095,3 min dollar məbləğində 220 ədəd avtomobil gətirilib. Qeyd edək ki, bu ilin beş ayında ümumilikdə ölkəyə 2 657 ədəd avtomobil idxal olunub. Bunun da 2 240 ədədi minik avtomobili və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Avtomobil idxalı 19 faiz artıb

8 May 2017

Yeni qanun - Yaşıl Pasport

Azərbaycanda prezidentin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşları diplomatik pasportla təmin olunacaqlar. Enter.News -un məlumatına görə, bununla bağlı “Pasportlar haqqında” qanunun 6-cı (Diplomatik pasport) maddəsinə əlavələr təklif edilir. Təklif olunan əlavələrə əsasən, Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşlarına da diplomatik pasport verəcək. Layihə plenar iclasa tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.

1 Fev 2017

Kamaləddin Qafarov : Azərbaycanın səhiyyə üzrə milli strategiyasında onkologiyanın inkişaf dinamikası

Azərbaycanın səhiyyə, tibb elmi və təhsili sisteminin bugünkü inkişafının ən mühüm mərhələləri bilavasitə xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan xalqının tibbi təminatını daim diqqət mərkəzində saxlamış və ölkəmizdə səhiyyə sisteminin müntəzəm olaraq yaxşılaşması üçün böyük işlər görmüşdür.

12 Dek 2016

Kamaləddin Qafarov çıxışında Heydər Əliyevlə bağlı şahidi olduğu xatirəsini bölüşdü

10 dekabr 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

12 Dek 2016

Binəqədidə Ümummilli Liderin xatirəsi anılıb FOTOLAR

Bu gün Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.