Davamlı tibbi təhsil sahəsində görülən işlərə aid tədbir keçirilib

Davamlı tibbi təhsil sahəsində görülən işlərə aid tədbir keçirilib
23 2017 17:04

İyunun 23-də Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (AzDHTİ) davamlı tibbi təhsil sahəsində görülən işlərə həsr edilmiş tədbir təşkil keçirilən edilib. AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil naziri Oqtay Şirəliyevin “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər barədə” əmr imzalaması diqqətə çatdırılıb. Qeyd edilib ki, bu əmr Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixli 413 nömrəli fərmanı ilə təsdiq edilmiş “Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 14.5-ci bəndi rəhbər tutulmaqla hazırlanıb.

Əmrə əsasən, tibbi təhsil prosesinin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə səlahiyyətli şəxslərə və qurumlara “Həkimlərin bilik və vərdişlərinin təkmilləşdirilməsinə dair müvəqqəti qaydalar”ın təsdiq edilməsi, səhiyyə idarə və müəssisələrinin rəhbərlərinin öz işlərində bu qaydaları əsas tutması barədə müvafiq tapşırıqlar verilib.

AzDHTİ-nin sinir xəstəlikləri, anesteziologiya və reanimotologiya, mikrobiologiya və epidemiologiya, otorinolarinqologiya və kardiologiya kafedralarında 2017/2018-ci tədris ilindən başlayaraq pilot layihəsi üçün təhsilin təkmilləşdirilməsi proqramları və kursları təşkil edilməsi barədə tapşırıq da Əmrdə öz əksini tapıb.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.