Cüdo millimizdən bürünc medal

Cüdo millimizdən bürünc medal
08 2019 08:53


İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan cüdoçuları komanda yarışlarını bürünc medalla başa vurub.

Realpress.az xəbər verir ki, kişi cüdoçularımız Türkmənistan, Almaniya və Fransa yığmalarını məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Yarımfinalda Rusiya komandasına uduzan Azərbaycan millisi bürünc medal uğrunda görüşdə Braziliya cüdoçularına 3:2 hesabı ilə qalib gəlib.

Millimizlə yanaşı, Yaponiya komandası da üçüncü yeri tutub. Koreya ikinci, Rusiya isə birinci olub.

Qeyd edək ki, iki gün əvvəl cüdoçumuz Hidayət Heydərov Universiadanın fərdi yarışlarında gümüş medal qazanıb.