Çernobıl faciəsindən 33 il ötür

Çernobıl faciəsindən 33 il ötür
26 2019 09:30

1986-cı il aprelin 26-da Çernobıl atom elektrik stansiyasın baş vermiş faciənin ildönümüdür.

Realpress.az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin gün stansiyanın 4-cü enerji blokunda yanğın baş verib və alov 3 bloku bürüyüb. Hadisədən sonra həyat üçün təhlükə kəsb edən radioktiv duman yaranıb.

Nəticədə 17 milyon insanın yaşadığı 11 rayonun atmosferi zəhərlənib.

Qəza nəticəsində Ukraynada 4400 nəfər həyatını itirib. Onlardan çoxu partlayışın nəticələrinin aradan qaldırılması üçün əraziyə gəlmiş fəhlələr olub. Ümumilikdə faciə zamanı 7000-ə yaxın insan həlak olub, 25 min nəfər güclü radiasiya nəticəsində ömürlük şikəstliklə üzləşib, on minlərlə insan isə sonsuz qalıb.

Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90%-də əlillik yaranır.

Xatırladaq ki, qəzanın nəticələrinin aradan qaldırılması ücün 1986-ci ildə Çernobıla 7 min azərbaycanlı da göndərilib. Onların 2000 nəfəri şüalanmadan vəfat edib.