Bu şəxslər yüksək məbləğdə cərimələnəcəklər

Bu şəxslər yüksək məbləğdə cərimələnəcəklər
07 2016 17:00

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib.

Realpress.az xəbər verir ki, Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda “Dərman vasitələri haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, ölkəmizdə son vaxtlar dərmanvasitələrinin keyfiyyətinin artırılması, qiymətlərinin tənzimlənməsi, dərman idxalı sahəsində mövcud olan problemlərin aradan qaldırılması sahəsində xeyli iş görülüb. Əvvəllər dərman bazarında pərakəndəlik hökm sürdüyünü, eyniadlı dərman vasitələrininhər aptekdə fərqli qiymətə satıldığını bildirən Ə. Əmiraslanov son vaxtlar bu sahədə aparılan təkmilləşdirmə işləri və islahatların bu preparatların qiymətlərini nəzərə çarpacaq dərəcədə nizama saldığını vurğulayıb. Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Tarif Şurası 900 adda dərman preparatının qiymətini stabil şəkildə tənzimləyib: “Bu baxımdan “Dərman vasitələri haqqında” qanuna müəyyən dəyişikliklərin edilməsi zəruriləşib. Təklif olunan dəyişikliklər təsdiq olunan qiymətlərə nəzarəti təmin etmək və bu sahədə məsuliyyəti gücləndirmək məqsədi daşıyır”.

Ə. Əmiraslanov İnzibati Xətalar Məcəlləsinə də müvafiq dəyişikliklər təklif edildiyini nəzərə çatdırıb. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, bilə-bilə keyfiyyətsiz, normativ texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, dövlət qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməmiş dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və idxalı həyata keçirilərsə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcəklər.

Müzakirələr zamanı millət vəkilləri Musa Quliyev, Kamaləddin Qafarov, Qənirə Paşayeva, Məlahət İbrahimqızı, İlham Məmmədov, Sədaqət Vəliyeva hər iki sənədlə bağlı yeni təkliflərini səsləndiriblər. Tarif Şurasının, Səhiyyə və İqtisadiyyat nazirliklərinin nümayəndələri Səhiyyə Komitəsinin üzvlərini maraqlandıran sualları cavablandırıblar. 

Sonda hər iki qanun layihəsi müəyyən boşluqların aradan qaldırılması şərtilə Milli Məclisinplenar iclasına tövsiyə edilib.


Tags

# kəmaləddin qafarov, kamaləddin qafarov, qafurov, kemaleddin qafarov, deputat, milli məclis, milli meclis

18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.

18 Apr 2024
Cəmiyyət

Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.

18 Apr 2024
Cəmiyyət

İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb

“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanda təhsil ilə bağlı YENİLİKLƏR

“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”.

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.