Britaniya lazer silahının hazırlanmasına 130 milyon funt-sterlinq yatıracaq

Britaniya lazer silahının hazırlanmasına 130 milyon funt-sterlinq yatıracaq
12 2019 14:22

Böyük Britaniya Müdafiə Nazirliyi düşmənin raket, təyyarə, kompüter və elektron şəbəkələrini məhv edə bilən yeni nəsil silahın tədqiqinə 130 milyon funt-sterlinq investisiya qoyacaq. Yerli hərbçilərin fikrincə, elektriklə və sursatsız işləyən lazer və radiotezlik silahı Britaniya hərbçilərinə gələcəkdə döyüş meydanında üstünlük qazandıra bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “Regnum www.regnum.ru” resursuna istinadən yazır ki, ölkə hökuməti artıq dron və digər uçuş aparatlarını vura bilən “Dragonfire” dəniz lazer silahı üçün 30 milyon funt-sterlinq xərcləyib. Bu sistemin nümayişi 2019-cu ilin sonuna planlaşdırılır.
 
Bundan başqa, sənaye və alimlər qarşısında gəmi, vertolyot və zirehli texnikada quraşdırılacaq tuşlanan enerji silahının üç yeni növünün yaradılması vəzifəsi qoyulub.
 
Lazer sistemlərindən düşmən pilotsuz uçan aparat və raketlərinin məhvi, radiotezlik silahından isə kompüter və elektronikanın sıradan çıxarılması üçün istifadə nəzərdə tutulur.
 
Yeni sistemlərin effektivliyinin, eləcə də mövcud dəniz, hava və quru platformalarında quraşdırılması imkanlarının müəyyənləşdirilməsi məqsədilə onların 2023-cü ildə donanma gəmiləri və hərbi avtomobillər üzərində sınaqlarının keçiriləcəyi gözlənilir.   

Realpress.az


16 Avq 2019
İT

"Nar"ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda

"Nar"ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda

16 Avq 2019
İT

"Azercell"in rəqəmsal dünyası Cocuq Mərcanlıda - FOTO

"Azercell"in rəqəmsal dünyası Cocuq Mərcanlıda - FOTO

9 Avq 2019
İT

“AzInTelecom” tərəfindən ali təhsil müəssisələrinə “Microsoft” lisenziyalarının verilməsi davam edir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC və "Microsoft" şirkəti arasında imzalanan əməkdaşıq sazişinə əsasən, ali təhsil müəssisələri və dövlət qurumlarının "Microsoft" lisenziyaları ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd ölkəmizdə əqli mülkiyyət hüquqlarının qorunması və innovasiya ekosisteminin inkişaf etdirilməsidir