Bölgələrdə analoq yayımı nə vaxt dayandırılır?

Bölgələrdə analoq yayımı nə vaxt dayandırılır?
17 Noy 2016 17:45

Bölgələrdə analoq yayımın dayandırılması mərhələli şəkildə keçirilə bilər. 

REALPRESS.Az ın əldə etdiyi məlumata görə, məsələ bu günlərdə Milli Televiziya və Radio Şurasında (MTRŞ) müzakirə olunacaq.

Analoq yayımın 3 mərhələdə - şimal və şimal-qərb rayonlarında dekabrın birinci, qərb rayonlarında dekabrın ikinci, cənub və Mərkəzi Aran rayonlarında isə dekabrın üçüncü on günlüyündə dayandırılması gözlənilir.

Bölgələrdə analoq yayımın dayandırılmasının mərhələli şəkildə keçirilməsi vətəndaşların dekoderlərə olan tələbatı ilə bağlıdır.

Qeyd edək ki, noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb. Bakı şəhəri və Abşeron yarımadasında yalnız rəqəmli TV yayımı həyata keçirilir. Növbəti mərhələdə respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə MTRŞ-da qərar qəbul edilib.


23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.