Binəqədidə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasına həsr olunan tədbir keçirilib

Binəqədidə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasına həsr olunan tədbir keçirilib
14 2017 11:02

Fevralın 13-də YAP Binəqədi rayon təşkilatının inzibati binasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, SHXÇDX-nin rayon idarəsinin rəisi Novruz Rəhimov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Azərbaycan Respublikasının Milli qəhrəmanı Mirzə Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin müavinləri, SHXÇDX-nin rayon idarəsinin əməkdaşları, rayon ərazisində yerləşən hərbi hissələrin əsgərləri, rayonun orta ümumtəhsil müəssisələrinin ibtidai hərbi hazırlıq müəllimləri, Şahinlər hərbi idman oyununun iştirakçıları, rayon ərazisində fəaliyyət göstərən İctimai birliklərin sədrləri və fəal gənclər iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər. Tədbir Azərbaycanın dövlət himni ilə açıq elan olunub. Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Səfərbərlik marşı” filmi nümayiş edilib.

Tədbirdə çıxış edənlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon İdarəsinin rəisi Novruz Rəhimov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi, fəal gənc Cavid Abdullayev, 297 nömrəli orta məktəbin İbtidai hərbi hazırlıq müəllimi Abdulla Seyidov, Qarabağ Müharibəsi Veteranı Vəfalı Sofiyev, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov bildiriblər ki, dünyada nüfuz sahibinə çevrilən Azərbaycan öz inkişaf tempi ilə ciddi nailiyyətlər əldə edib, strateji prioritetlərinin reallaşdırılması istiqamətində mühüm addımlar atıb.

Ölkəmizin iqtisadi qüdrətinin gündən-günə artması hərtərəfli inkişafı təmin etməklə yanaşı, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin xüsusi diqqəti ilə davam etdirilən ordu quruculuğu prosesinə də əhəmiyyətli təkan verməkdədir. Son illərdə Ali Baş Komandan İlham Əliyevin qətiyyət və ardıcıllıqla apardığı siyasət nəticəsində Azərbaycanın hərbi potensialı dəfələrlə artıb, silahlı qüvvələrimiz öz döyüş qabiliyyətinə görə regionun ən güclüləri sırasında yer alıb. Ötən il aprel ayında təmas xəttində baş verən hadisələrdə Azərbaycan ordusunun qətiyyətli mübarizəsi ordu quruculuğumuzun inkişafını bir daha təsdiq edib. Natiqlər qeyd ediblər ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da böyük səy və fədakarlıqla çalışacaqlar.

Çıxışlardan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon İdarəsinin bir qrup əməkdaşları təltif ediliblər. Mükafatlandırma mərasimindən sonra tədbir bədii hissə ilə yekunlaşdırılıb.


28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.