Binəqədidə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Binəqədidə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
20 2017 15:53

Binəqədi rayonunda “Güllə Yağışı” abidəsinin önündə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.

Binəqədi rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, yanvarın 19-da Biləcəri qəsəbəsi “Güllə Yağışı” abidəsinin önündə 20 Yanvar faciəsinin 27-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsar İsmayılov və Aygün Əliyeva, Aparatın şöbə müdirləri, rayonun hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayon sakinləri olan 20 Yanvar əlilləri və şəhid ailələrinin üzvləri, fəal gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Biləcəri qəsəbəsində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış “Güllə Yağışı” abidəsinin önünə gül dəstələrinin qoyulması ilə başlayan anım mərasimində faciə qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Aparıcı 20 Yanvar faciəsi barədə məlumat verərək, Azərbaycan xalqının istiqlal mübarizəsi tarixində 20 Yanvar şəhidlərinin öz qanları ilə yazdıqları şərəfli səhifədən danışıb.

Tədbirdə çıxış edənlər “20 Yanvar” Cəmiyyətinin rayon şöbəsinin sədri Mübariz İsmayılov, 20 Yanvar şəhidi Fərizə Allahverdiyevanın anası Bağda Nəbiyeva və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov çıxış edərək 20 Yanvar faciəsindən 27 il ötməsinə baxmayaraq həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunduğunu diqqətə çatdırdılar. Natiqlər qeyd etdilər ki, həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Natiqlər çıxışlarında vurğuladılar ki, bütün sahələrdə həyata keçirdiyi layihələri, xeyirxahlıq missiyası ilə nəinki ölkəmizdə, dünyada diqqət mərkəzində olan Heydər Əliyev Fondu və onun Prezidenti Mehriban xanım Əliyeva müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinə də böyük qayğı ilə yanaşır. Heydər Əliyev Fondu 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görür. O cümlədən, çıxışlarda Qələbə gününün uzaqda olmadığını diqqətə çatdıran natiqlər bu qələbəyə həm də Azərbaycanın bugünkü hərtərəfli uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, dövlətimizin başçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımlarının da zəmanət verdiyini bildiriblər.

Daha sonra tədbirdə Şirzad Pirallahının ifasında Vətənpərvərlik şeri və Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlının ifasında vətənpərvərlik mahnısı ifa edilib.

Anım mərasimi bitdikdən sonra gecə saatlarına qədər tədbir iştirakçıları və rayon ictimaiyyəti “Güllə Yağışı” abidəsinin önünə gül dəstələri qoyaraq xalqımızın azadlığı yolunda canlarından keçən şəhidlərin ruhuna öz ehtiramlarını bildiriblər.


29 Mar 2024
Cəmiyyət

Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzulidə olublar - FOTO

Bu gün Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzuli rayonunda olublar.

29 Mar 2024
Cəmiyyət

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Xalqımıza qarşı həyata keçirilmiş ən dəhşətli soyqırımı hadisələrindən biri 1918-ci ilin mart-aprel aylarında törədilib və bu qanlı hadisə Azərbaycan tarixinə 31 Mart soyqırımı kimi yazılıb.

29 Mar 2024
Cəmiyyət

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

29 Mar 2024
Cəmiyyət

Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - FOTO

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub.

29 Mar 2024
Cəmiyyət

Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO

Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı təmir-tikinti işlərinə başlanılıb.