Binəqədidə "Torpaq uğrunda ölən varsa, Vətəndir" tədbiri keçirilib

Binəqədidə "Torpaq uğrunda ölən varsa, Vətəndir" tədbiri keçirilib
14 2017 16:39

Binəqədi rayonunda “Torpaq uğrunda ölən varsa, Vətəndir” mövzusunda tədbir keçirilib.

Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsindən Trend-ə verilən məlumata görə, yanvarın 13-də aprel döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Fəxrəddin Qurbanlının doğum günü ilə əlaqədar Binəqədi rayonundan həqiqi hərbi xidmətə çağırılmış gənc çağırışçılar və rayonun fəal gəncləri şəhid Fəxrəddin Qurbanlının məzarını ziyarət ediblər.

Ziyarətdən sonra Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin, Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə keçirilən tədbir Binəqədi Mərkəzi Mədəniyyət Evində davam edib. Azərbaycanın Dövlət Himni ilə açıq elan olunan tədbirdə çıxış etmək üçün ilk söz şəhidin təhsil aldığı 179 nömrəli tam orta məktəbin direktoru Almaz İsmayılovaya verilib. Natiq çıxışında şəhidin məktəb illərindən söz açıb.

Tədbirdə çıxış üçün söz F.Qurbanlının atası Seyfəddin Qurbanova verilib. Şəhidin atası tədbirdə iştirak edən şəxslərə minnətdarlığını bildirərək, dövlətimizin şəhid ailələrinə qayğısından razılığını ifadə edib. Sonra çıxış üçün söz alan şəhidin təhsil aldığı Azərbaycan Universitetinin dekanı Aygün Musayeva, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Novruz Rəhimov və Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva nitqlərində şəhid Fəxrəddin Qurbanlının timsalında bütün şəhidlərin əbədi olaraq Azərbaycan xalqının qəlbində yaşayacağını vurğulayaraq, onların ailələrinə dərin hüznlə başsağlığı veriblər.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra şəhidin təhsil aldığı 179 nömrəli orta məktəbin istedadlı şagirlərinin ifasında bədii kompozisiya nümayiş olunub. Alqışların sədası ilə bitən kompozisiyadan sonra Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı səmimi hisslərini tədbir iştirakçıları ilə bölüşüb, sonra isə vətənpərvərlik ruhunda mahnılar ifa edib.

İfa olunan mahnıların müşaiyəti ilə Binəqədi rayonundan həqiqi hərbi xidmətə çağırılmış gənc çağırışçılar Azərbaycanın Dövlət Bayrağını öpərək hərbi xidmətə yola düşüblər.


15 Noy 2018
Cəmiyyət

Təhsil eksperti Bakı Dövlət Universitetinə rektor təyin olunur? – Açıqlama

Xəbər verdiyimiz kimi Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov vəzifəsindən azad edilib. Onun xələfi ilə bağlı bir neçə şəxsin adı hallanır. Onlardan biri isə təhsil eksperti Kamran Əsədovdur.

15 Noy 2018
Cəmiyyət

Həyəcan təbili: Buzlaqlar sürətlə əriyir, su qıtlığı yaranacaq

Həyəcan təbili: Buzlaqlar sürətlə əriyir, su qıtlığı yaranacaq

15 Noy 2018
Cəmiyyət

Qəbələnin məşqçisinin öldüyü qəzanın DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ — VİDEO

Hadisə Qəbələdə "Toyota" markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində baş verib.

15 Noy 2018
Cəmiyyət

Abel Məhərrəmovun işdən çıxarılmasının - Sensasion səbəbİ

Prezident İlham Əliyev BDU-nun rektoru Abel Məhərrəmovu vəzifəsindən azad edib