Bakıda silahlı basqın törədilib

Bakıda silahlı basqın törədilib
03 Dek 2016 17:06

Hadisə dekabrın 2-də günorta saatlarında baş verib
Bakının Nərimanov rayonunda TopAz bukmeker ofisi soyulub. Bu barədə Sputnik-ə Nərimanov rayonu polis idarəsindən məlumat verilib. 
Hadisə dekabrın 2-də günorta saatlarında baş verib. Belə ki, Makarov tipli tapança ilə silahlanmış iki naməlum şəxs Ceyhun Hacıbəyli küçəsində "Şuşa" restoranı ilə üzbəüz yerləşən TopAz ofisinə gələrək mühafizəçini qorxudub kassadakı 330 manatı götürüblər. Onlar mühafizəçiyə xəsarət yetiriblər. Hazırda əməliyyatçılar fakt üzrə araşdırma aparırlar. Mühafizəçinin dediyinə görə, hücum edənlər yaşı 30-dan çox olmayan idmançı görkəmli şəxslər olublar.


7 Avq 2019
Kriminal

Bakıda 26 yaşlı oğlan güllələndi - Atəş açan AXTARILIR

Bakının Nərimanov rayonunda güllələnmə hadisəsi baş verib.

5 Avq 2019
Kriminal

Azərbaycanlılar arasında kütləvi dava, 23 yaşlı gənc öldü - Hadisə yerindən VİDEO

Ötən həftənin şənbə günü Ukraynanın Çernovets şəhərində azərbaycanlılar arasında kütləvi dava baş verib. Onun meyitini Azərbaycana gətirmək üçün həmvətənləri sosial şəbəkələrdə pul toplayırlar.