Bakıda professoru döyüb bloka atdılar

Bakıda professoru döyüb bloka atdılar
03 Dek 2016 17:58

İdman bədən quruluşlu iki cavan oğlan “Nigar” Klinikasının həmtəsisçisi, Tibb Universitetinin ginekologiya kafedrasının professoru Şahbaz Şahbazovun zorla mənzilinə soxulublar və onu vəhşicəsinə döyüblər.

Professora hücum edənlər mənzilin qapısını bağlayıblar və döyülmüş professoru blokda atıb gediblər.

REALPRESS.az xəbər verir ki, virtualaz.org-la əlaqə saxlayan Ş.Şahbazov Daxili İşlər Nazirliyinin “102”xidmətinin Qaynar Xəttinə zəng vurduğunu deyib. Onun sözlərinə görə, hələlik heç bir reaksiya yoxdur. Professorun həyat yoldaşı yaxınlıqdakı polis bölməsinə gedərək baş verənlər barədə məlumat verib və şikayət ərizəsi yazıb.

Hazırda yaşadığı Həsən Əliyev, 10 A saylı binanın blokunda olan professor deyir ki, ona hücum edən şəxslər KİV-də klinikanın qanunsuz zəbt olunması ilə bağlı yazılanların qisası olub.

Professor Ş.Şahbazov ona olunan hücum faktının araşdırılması üçün mətbuat vasitəsilə ölkə rəhbərliyinə, Baş Prokurorluğa və Daxili Işlər Nazirliyinə müraciət edib.


12 İyul 2019
Kriminal

Bakıda əməliyyat – Silahlı şəxslər saxlanıldı – FOTO

Sabunçu Rayon Polis İdarəsi 13 və 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, üzərində odlu silah-sursat saxlayan şəxslərə qarşı uğurlu əməliyyat tədbiri həyata keçirilib.

12 İyul 2019
Kriminal

İnterpolun axtardığı Lotu Quli gözlənilmədən Azərbaycana gəldi

Qanuni oğru Nadir Səlifov (Lotu Quli) gözlənilmədən Bakıya gəlib.

8 İyul 2019
Kriminal

Bakıda naməlum şəxslər evə basqın etdi - Ər öldü, arvadı yaralandı

Bakıda naməlum şəxslər evə basqın etdi - Ər öldü, arvadı yaralandı

4 İyul 2019
Kriminal

İrəvanda “qanuni oğru” belə öldürüldü - VİDEO

Xəbər verdiyimiz kimi, erməni "qanuni oğru" Andranik Harutyunyan İrəvanda öldürülüb.