Azərbaycanlı gimnastla evlənən ərəb milyarderin ikinci arvadı azərbaycanlı ofisant çıxdı (FOTO)

Azərbaycanlı gimnastla evlənən ərəb milyarderin ikinci arvadı azərbaycanlı ofisant çıxdı (FOTO)
05 Dek 2016 13:46

Azərbaycanın tanınmış bədii gimnastı Zeynəb Cavadlı ilə evlənən Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl Məktum haqqında yeni məlumatlar ortaya çıxıb. 
 BAKU.WS-in məlumatına görə, peşəkar atıcı olan Dubay şahzadəsi 2007-ci ildə Minskə baş tutan yarışlarda iştirak edir. Mehmanxanada işləyən 19 yaşlı ofisiant köməkçisi Nataşa ilə tanış olan şahzadə onunla ciddi münasibət yaşayıb. Günlərdən birində qız şeyxin otağına bir stəkan portağal şirəsi gətirib. Şahzadə onunla İslam haqqında danışıb.
 Sonra Səid qızı məşqlərə dəvət etməyə başlayıb. Onlar hətta şam yeməyi də yeyib. Şahzadənin niyyətinin ciddi olduğunu anlayanda Nataliya qarşısına çıxan şansdan imtina etməyib. Nataşanın anası uzun müddət qızını şeyxə vermək istəməyib, amma sonradan razılıq əldə olunub. 
 Bir digər maraqlı məqam odur ki, Nataşa Əliyeva əslən azərbaycanlıdır. Şeyx qızı məhz onun atasından istəyib. Ata razılıq verdikdən sonra Nataşa İslamı qəbul edib və xanım Ayşə olub. 2007-ci ilin 27 avqust tarixində Səid və Nataşa toy etdilər. Yaxın qohumlar arasında sadə bir mərasimlə evlənən cütlük dəbdəbəli toy mərasimi istəməyib. 
 Nataşa şahzadə Səidin ikinci arvadı olub, amma qanunla ərəblər dörd arvad ala bilər. Azərbaycanın tanınmış bədii gimnastı Zeynəb Cavadlı isə şeyxin 3-cü arvadıdır. 
 

 

 

 

 

 


25 May 2019
Cəmiyyət

Azərbaycanda əməliyyat – 89 nəfər saxlanıldı

Mayın 24-dən 25-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

25 May 2019
Cəmiyyət

Ayrılıq xəbərləri yayılan Rəqsanə: "Çox yaşamaq istəmirəm..."

Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova ad günü ilə bağlı paylaşımı ilə diqqət çəkib.