Azərbaycanlı generalın azyaşlı oğlunun döyülməsi ilə bağlı cinayət işi açılıb

Azərbaycanlı generalın azyaşlı oğlunun döyülməsi ilə bağlı cinayət işi açılıb
06 Dek 2016 14:59

Ukraynanın Xarkov şəhərində azərbaycanlı generalın azyaşlı uşağının etnik zəmində döyülməsi ilə bağlı cinayət işi açılıb.

REALPRESS.Az xəbər verir ki, azərbaycanlı general-leytenant Vüqar Ələsgərov APA-ya bildirib ki, onun 7 yaşlı oğlunun yuxarı sinif şagirdləri tərəfindən döyülməsi ilə bağlı Xarkov şəhəri Orconikidze Rayon Polis İdarəsində Ukrayna Cinayət Məcəlləsinin 215.1-ci maddəsi ilə (azyaşlı uşağın qəsdən sağlamlığına zərər vurma məqsədi ilə kütləvi halda amansızlıqla döyülərək xəsarət alması) cinayət işi açılıb.
 
V. Ələsgərov qeyd edib ki, hazırda istintaq gedir və hadisə ilə bağlı hələlik heç kim saxlanılmayıb: "Mənim yerli orqanlarla lazımi yazışmalarımdan sonra müstəntiqi dəyişib işə ciddi yanaşmağa başlayıblar. Amma təəssüf ki, hadisənin baş verdiyi məktəbin direktoru Olqa Vorobyova məni və həyat yoldaşımı etnik zəmində təhqir edərək uşağımı döyənlərə haqq qazandırmasına rəğmən onunla bağlı heç bir ölçü götürülmür. Təhsil Nazirliyinə və Baş Prokurorluğa şikayət etməyimizə baxmayaraq, hələ də cavab yoxdur. Direktorun olduqca şovinist xasiyyəti uşağımızın bu məktəbdə gələcəkdə normal təhsil ala bilməsinə risk yaradır".
 
Qeyd edək ki, noyabrın 3-də V. Ələsgərovun Xarkov şəhəri 71 saylı orta məktəbdə birinci sinifdə oxuyan oğlu Müzəffər Ələsgərov yuxarı sinif şagirdlərindən ibarət dəstənin hücumuna məruz qalaraq amansızlıqla döyülüb və nəticədə xəsarət alıb. V. Ələsgərov bildirib ki, bunun nəticəsində oğlunun dişləri sındırılıb, bədəni və başından xəsarətlər alıb. "Mən məktəbin direktoru Olqa Vorobyovadan hadisə haqda məlumat almaq istəyərkən, o yuxarı sinif şagirdlərini çağırıb, mənə hədə-qorxu gəlməyə başladı. Direktor: "Sizin Ukraynada nə işiniz var ki, bunlar da başınıza gəlsin?!" - dedi. Mən düz 30 il Ukrayna ordusunda xidmət etmişəm. Hadisə barədə polisə də məlumat vermişəm. Lakin polis məsələyə laqeyd yanaşır. Biz bunu özümüzə qarşı basqı kimi qiymətləndiririk", - deyə V. Ələsgərov qeyd edib.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.