Azərbaycanda üçüncü devalvasiya gözlənilir?

Azərbaycanda üçüncü devalvasiya gözlənilir?
05 Dek 2016 17:14

“Manatın məzənnəsini FED-in qərarlarına bağlamaq düzgün deyil. Düzdür, keçən il manatın 2-ci dəfə devalvasiyası məhz FED-in baza faiz dərəcəsini 0,25% artırması haqda qərarından dərhal sonraya təsadüf edib.

Lakin bu, o demək deyildi ki, 2-ci devalvasiya məhz bu səbəbdən baş verib. Əsla, yox. Buna qədər də artıq məlum idi ki, manat növbəti dəfə də ucuzlaşdırılacaq və o, “üzən məzənnə” rejiminə transfer olunacaq”.

Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Pərviz Heydərov ABŞ-da Federal Ehtiyat Sistemi (FES) bu ayın ikinci ongünlüyü ərzində keçirəcəyi toplantısında kreditlər üzrə mərkəzi faiz, yəni uçot dərəcəsini gözlənildiyi kimi qaldırmaq haqda qərar qəbul edərsə, bu, Azərbaycanda 3-cü devalvasiyaya səbəb ola bilərmi sualına cavab olaraq deyib. 

Ekspert əlavə edib ki, FED bu ayda nəzərdə tutulan iclasında baza faiz dərəcəsini keçən ildəki kimi artırarsa, bu halda möhkəmlənməkdə olan dollar bir az daha bahalaşacaq:

“Çünki Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları tükənmişdi, neftin qiyməti ardıcıl olaraq düşməkdə davam edirdi, ölkədən valyuta ixracı idxalı üstələməyə başlamışdı, valyuta bazarında ABŞ dollarına və ümumiyyətlə, digər xarici valyutalara sürətlə artmaqda olan tələbi təklif ödəyə bilmirdi, qonşu ölkələrdə, xüsusən də tərəfdaş ölkələrdə isə milli valyutalar dəyərsizləşdirilirdi ki, bütün bunların müqabilində də manatın məzənnəsini artan təzyiqlər qarşısında əvvəlki tək qoruyub-saxlamaq qeyri-mümkün bir hala gəlib çatmışdı. 

Bundan əlavə, FED-in qərarları ABŞ valyutasının dünya üzrə mövqeyini müəyyən etmək üçün əhəmiyyət daşıyır. Belə baxanda isə dolların bu sarıdan hazırkı vəziyyəti onsuz da kifayət qədər möhkəm xarakter daşımaqdadır.

Sadəcə olaraq, FED bu ayda nəzərdə tutulan iclasında baza faiz dərəcəsini keçən ildəki kimi artırarsa, bu qərar onun bir az da möhkəmlənməsi ilə nəticələnəcək”, - deyə ekspert qeyd edib.

P.Heydərovu sözlərinə görə, manatın məzənnəsinə FED-in növbəti dövr üçün nəzərdə tutulmuş qərarlarından daha çox, neftin dünya bazarındakı qiymətləri təsir edəcək:

“Azərbaycana gəldikdə isə manat artıq 1 ildir ki, üzən məzənnə rejimi əsasında idarə olunur və ötən müddət ərzində kəskin, yəni 3-cü devalvasiyanın baş verməməsinə də səbəb məhz bu olmuşdur. 

Demək istədiyim budur ki, keçən ilin dekabrında əgər üzən məzənnəyə keçilməsə idi, indiyədək nəyinki 3-cü və ola bilsin ki, hətta 4-cü devalvasiya da baş vermişdi. 

Odur ki, söhbət əgər, növbəti kəskin ucuzlaşmanın baş verib-verməyəcəyindən gedərsə, qeyd edim ki, manat onsuz da ucuzlaşmaqdadır və 2-ci devalvasiyadan sonra o, ABŞ dolları qarşısında 11%-dən çox dəyər itirib və bu proses davamlı xarakter daşımaqdadır. 

Hesab edirəm ki, manatın məzənnəsi ilə bağlı yaxın perespektivdə vəziyyəti də FED-in nə kimi qərar qəbul edəcəyi deyil, məhz neftin dünya bazar qiymətləri müəyyən edəcək”.


29 Mar 2024
Cəmiyyət

Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - FOTO

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub.

29 Mar 2024
Cəmiyyət

Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO

Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı təmir-tikinti işlərinə başlanılıb.

29 Mar 2024
Cəmiyyət

SOCAR prezidentinə yeni müşavir təyin edildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub.

29 Mar 2024
Cəmiyyət

​​​​​​​ “Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb - FOTO

Martın 28-də Azərbaycan Gənclər və İdman Nazirliyi ilə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu arasında “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” Beynəlxalq Proqramının keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb.

29 Mar 2024
Cəmiyyət

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb - YENİLƏNİB

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb.