Azərbaycanda qızıl və gümüş yataqları aşkarlandı

Azərbaycanda qızıl və gümüş yataqları aşkarlandı
05 Dek 2016 16:12


"Kiçik Qafqazın Azərbaycana aid hissəsində köklü qızıl yataqlarında aparılan axtarış nəticəsində Tülallar qızıl təzahürünün yüksək perspektivliyə malik olması müəyyənləşib. Təzahür Göygöl rayonunun eyni adlı kəndi yaxınlığında, rayon mərkəzindən 45 km məsafədə yerləşir".
 
Bu barədə APA-nın sorğusuna cavab olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətindən bildirilib. Qeyd olunub ki, təzahürün güclü kvarslaşmaya məruz qalan sahələrində keçilən dağ qazmalarından alınan nəticələrə əsasən, zonanın filizli hissəsinin qalınlığı yer səthində və mağara horizontlarında 12-90 m arasında dəyişir və burada qızıl 0,4-33,5 qram/ton, gümüş isə 0,5 - 48,4 q/t arasında qeyd olunur: "Tülallar təzahüründə qızılın resursları, hazırda istismar olunan Gədəbəy qızıl-mis və Çovdar qızıl yataqlarının ehtiyatlarına yaxındır və yatağın dağ-texniki şəraiti hər iki yatağa nisbətən istismar üçün daha əlverişlidir. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müstəqil qurumu laboratoriya şəraitində Tülallar yatağının filizlərinin texnoloji işlənməsi prosedurlarını araşdırırkən ekoloji cəhətdən daha səmərəli hesab olunan flotasiya üsuluna üstünlük verilib və qızılın yüksək çıxımına (90%) nail olunub”.
 
"Son illərdə, Goranboy rayonunda yerləşən Başqışlaq sahəsində axtarış zamanı müsbət nəticələr əldə olunub, qızıla, gümüşə və misə perspektivli sahə ayrılıb. Sahədən qızıl və gümüşün təyini üçün göndərilmiş sınaqlarda qızıl 0,4 q/t-dan 2,2 q/t-a qədər, gümüş isə 2,0 q/t-dan 4,2 q/t-a qədər təyin edilib. Başqışlaq sahəsinin Qasımzağası hidrotermal dəyişmə zonasında qalınlığı 10,3 m-dən 12,1 m-ə çatan 4 kəsilişdən götürülmüş sınaqlarda misin miqdarının 1,19%-dən 2,13%-ə çatdığı, ümumiyyətlə, zona üzrə 11,5 m orta qalınlığa 2,03 % mis təyin edilib. Bundan başqa, Göygöl rayonunun Əzgilli sahəsində də qızıla və gümüşə müsbət nəticələr alınıb”, - deyə Xidmətdən bildirilib.



13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.