Azərbaycanda Dolların bahalaşmasının səbəbləri açıqlandı - Mərkəzi Bank

Azərbaycanda Dolların bahalaşmasının səbəbləri açıqlandı - Mərkəzi Bank
07 Dek 2016 09:13

Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsi ilə əlaqədar xərclər, bir sıra dövlət şirkətlərinin borcu və faiz ödənişləri, bank sektorunun xarici borcları üzrə ödənişlər, dövlət borcu üzrə ödənişlər dollara təlabi artırıb

2014-cü ilin ikinci yarısından başlayaraq neftin qiymətlərinin üç dəfəyədək aşağı düşməsi bütün neft ixracatçısı olan ölkələrdə olduğu kimi, Azərbaycan üçün də ciddi çağırışlar formalaşdırıb.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Milli Məclisin dekabrın 6-da keçirilən plenar iclasında deyib.

Elman Rüstəmov bildirib ki, 2016-cı ildə ixracın həcminin 12,8 milyard ABŞ dolları olacağı gözlənilir. Bu da pik ili olan 2011-ci ilə nisbətən təxminən 22 milyard dollar aşağıdır.

Mərkəzi Bankın sədri qeyd edib ki, neft gəlirlərinin kəskin azaldığı bir şəraitdə son 10 ildə ilk dəfə olaraq 2015-ci ildə tədiyyə balansı 2013-cü ildəki 17 milyard ABŞ dolları yuxarı profisitdən 200 milyon dollarlıq defisitə keçib. O deyib: “Yaranmış şəraitdə makroiqtisadi orqanlar qarşısında əsas valyuta gəliri təxminən üç dəfədən aşağı düşmüş bir iqtisadiyyatı yeni reallıqlara uyğunlaşdırmaq, milli iqtisadiyyatı yenidən balanslaşdırmaq vəzifəsi qoyulub. İlk növbədə makroiqtisadi siyasətə korreksiya istiqamətində büdcə xərclərinin yığcamlaşdırılması siyasəti həyata keçirilməyə başlanılıb. 2013-cü ildən bəri büdcə xərcləri 2,1 milyard manat və ya 11 faiz aşağı salınıb. Büdcəyə Dövlət Neft Fondundan transfertlər əhəmiyyətli şəkildə azaldılıb və bu vəsaitlərin həcmi 2013-cü ildə 14,5 milyard dollardan mərhələlərlə 2016-cı ildə 4,7 milyard dollara endirilib və təxminən 3 dəfədən çox azaldılıb. İqtisadiyyatda valyuta təklifinin əhəmiyyətli azaldılması və əsas xarici ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarının iki dəfədən çox devalvasiyaya uğraması manatın məzənnəsində adekvat korreksiya edilməsini qaçılmaz edib. Bunu nəzərə alaraq 2015-ci ildə manatın devalvasiyası həyata keçirilib, idarəolunan üzən məzənnə rejiminə keçid elan olunub. 2016-cı ilin fevralında Mərkəzi Bank üzən məzənnənin əsas prinsipi olaraq valyuta bazarında iştirakını minimuma endirib, Dövlət Neft Fondunun valyuta bazarında satışları isə şəffaf şəkildə elektron bazada təşkil olunmuş hərraclar çərçivəsində həyata keçirilib. Yeni məzənnə rejiminə keçid pul siyasətinin ciddi sərtləşdirilməsi ilə müşahidə olunub, faiz dərəcələri əhəmiyyətli yüksəldilib və inflyasiya səviyyəsinə uyğunlaşdırılıb.

E.Rüstəmov vurğulayıb ki, qeyri-neft ixracında da azalma müşahidə edilir. Qeyri-neft idxalı isə hələ də qeyri-neft ixracını əhəmiyyətli üstələməkdə davam edir. Tədiyyə balansının kapitalını və maliyyənin hərəkəti balansının cari il və növbəti illərə düşən ödənişləri böyük transmilli layihə olan Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsi ilə əlaqədar xərclər, bir sıra dövlət şirkətlərinin borcu və faiz ödənişləri, bank sektorunun xarici borcları üzrə ödənişlər, dövlət borcu üzrə ödənişlər və sair daxildir. Belə xarakterli ödənişlərin son dövrdə əhəmiyyətli dərəcədə kiçilmiş valyuta bazarına daxil olması təbii ki, valyuta balansında gərginlik yaradır və üzən məzənnə rejimində milli valyutanın məzənnəsinin formalaşmasına ciddi təsir göstərir. Bütövlükdə məzənnənin ucuzlaşması tədiyyə balansının problemlərini, yəni kapital hissəsinin problemlərini həll etmir. Əksinə belə ucuzlaşma tədiyyə balansının bu hissəsində olan borcları daha da ağırlaşdırır. Çünki bu borclar xarici valyutada fiksə olunub və bu borcları ödəmək üçün əlavə xərclər tələb olunur. Əlavə xərclərin böyük hissəsi isə büdcədən maliyyələşdiyi üçün büdcə və vergi sistemi üçün əlavə gərginliklər yaradır. Bütövlükdə belə bir şəraitdə Mərkəzi Bank cari ildə üzən məzənnə rejimində fəaliyyət göstərib və düşən gərginliyin əhəmiyyəti nəzərə alınmaqla bu idarəetmə əhəmiyyətli olub.

E.Rüstəmov deyib ki, cari ildə manatın məzənnəsi ilin əvvəlindən cəmi 11 faiz ucuzlaşıb. Əgər 2016-cı ilin yekunlarına nəzər salsaq görərik ki, bütövlükdə yaranmış qlobal çətinliklərə, daxili balanslaşma və liberallaşmaya baxmayaraq, ölkə iqtisadiyyatı bu böhranlara, proseslərə dayanıqlılıq və davamlılıq nümayiş etdirir. Qeyd edib ki, 2008-ci ildən başlayan böhrandan ötən 9 ildə biz yalnız bu il Azərbaycan iqtisadiyyatında resessiya hiss edirik.

Diqqətə çatdırılıb ki, Maliyyə Sabitliyi Şurasında həm bütövlükdə ölkədə makroiqtisadi sabitliyin təmin olunması, bundan irəli gələn məsələlərin, struktur islahatlarının, sosial problemlərin həlli istiqamətində gərgin iş gedir.

Mərkəzi Bank 2017-ci ildə də sərt pul siyasətini həyata keçirməyə davam edəcək. Əsas məqsəd pul emissiyasına yol verməmək, manatın məzənnəsinə əlavə təzyiq yaratmamaq, bu yolla qiymətlərin inflyasiyasının qarşısını almaqdır.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.