Azərbaycan icbari tibbi sığortanın Estoniya modelini öyrənir

Azərbaycan icbari tibbi sığortanın Estoniya modelini öyrənir
05 Dek 2016 17:59

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssisləri Sadiq Mədətov və Tural Qulu Estoniyadan səfərdən qayıdıblar.

Agentlikdən Trend-ə verilən məlumata görə, qurumun nümayəndə heyəti 1-2 dekabr tarixlərində Estoniyanın Tallin şəhərində Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa ölkələri üçün təşkil olunmuş Səhiyyə Sistemlərinin Müştərək Şəbəkəsinin 2-ci görüşündə iştirak ediblər.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Qlobal Fondun, Ümumdünya Səhiyyə Təşkilatının və Estoniya Sosial İşlər Nazirliyinin birgə dəstəyi ilə təşkil edilən görüşün məqsədi iştirakçı ölkələrin maliyyə, səhiyyə və icbari tibbi sığorta üzrə mütəxəssisləri ilə dövlət büdcəsindən səhiyyəyə maliyyə resursları ayrılarkən meydana çıxan məsələlərin və səhiyyə sisteminin maliyyə dayanıqlılığını təmin etmək üçün hazırlanan effektiv siyasət sənədlərinin müzakirəsi olub.

Görüşdə həmçinin, səhiyyə sistemlərinin fəaliyyətinə əsaslanan maliyyələşməsi, hesabatı və monitorinqi, səhiyyəyə ayrılan maliyyə resurslarının xərclənməsinə nəzarət mexanizmləri, müzakirə olunmuş və müxtəlif Avropa ölkələrinin bu sahədə təcrübələri öyrənilib.

Agentliyin nümayəndələri Azərbaycanda icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlər haqda iştirakçılara məlumat veriblər.

Mütəxəssislər həmçinin, Estoniya Tibbi Sığorta Fondunda görüşlər keçiriblər. İcbari tibbi sığortanın Estoniya modeli ilə tanış olublar. Daha sonra Agentliyin nümayəndələri Qərbi Tallin Mərkəzi Xəstəxanasında və İlkin Səhiyyə Xidməti göstərən mərkəzdə olub və tibbi xidmətin göstərilmə mexanizmləri ilə tanış olublar.


23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.