Azərbaycan FİFA reytinqində 2 pillə geriləyəcək

Azərbaycan FİFA reytinqində 2 pillə geriləyəcək
29 Okt 2016 16:16

Milli komandaların növbəti FİFA reytinqinə qədər keçirəcəyi oyunların təxmini nəticələri və bu ehtimallara əsasən tərtib olunan cədvəl açıqlanıb.

Realpress.Az-ın apasport.az-a istinadən məlumatına görə, Avropanın aparıcı ekspertlərinin fikirləri Azərbaycan yığması üçün heç də ürəkaçan deyil.

Proqnozlara əsasən, millimiz “DÇ-2018”-in seçmə mərhələsinin noyabrın 11-də baş tutacaq matçında məğlub olacaq. İlk üç turda qol buraxmayan və uduzmayan komandamızın Şimali İrlandiya ilə səfər matçında məğlubiyyətini proqnozlaşdıran ekspertlər komandamızın 2 pillə geriləyəcəyini ehtimal edir.

Proqnozlarla qurulan cədvəldə 90-cı olan Robert Prosineçkinin yetirmələri 386 xala malikdir. Hərçənd, bu ay açıqlanan rəsmi siyahıda 404 xalla 88-ci idik. 18 xal itkisi geriyə atılan iki addımla nəticələnəcək. Bu geriləmə Bolqarıstan və Qətərin irəliləməsi ilə bağlıdır.

Qeyd edək ki, FİFA siyahısını noyabrda baş tutacaq seçmə oyunlarından sonra ayın 18-də açıqlayacaq.


25 May 2019
İdman

UEFA prezidentindən Bakıdakı finala dəstək

UEFA-nın prezidenti Aleksander Çeferin Almaniyanın "Der Spiegel" jurnalına müsahibəsində Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib.

25 May 2019
İdman

"Mxitaryanın Bakıda təhlükəsizliyinə zəmanət verildi. Hətta Kennedini belə qorumayıblar"

"Arsenal"ın erməni oyunçusu Henrix Mxitaryan Avropa Liqasının Bakıda keçiriləcək "Çelsi" ilə final oyununa gəlməyəcək. BKlub və uyunçunun özü bu qərarı verib.

24 May 2019
İdman

Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatının açılışı oldu

Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatının açılışı oldu