Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib
04 2019 12:08

UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Realpress.az goal.az-a istinadən xəbər verir ki, ilk yarımfinal mərhələsinin oyunlarından sonra bu ada "Arsenal"ın hücumçusu Aleksandr Lyakazett layiq görülüb.

Fransalı forvard evdə "Valensiya"nı 3:1 hesabı ilə məğlub etdikləri qarşılaşmada iki qolun müəllifi olub.

Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu mayın 9-da olacaq. Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.