Akademik Milli Dram Teatrında “Sarı gəlin” layihəsinin təqdimatı keçirilib

Akademik Milli Dram Teatrında “Sarı gəlin” layihəsinin təqdimatı keçirilib
28 Okt 2016 16:35

Oktyabrın 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sarı gəlin” tamaşası nümayiş olunub.

Realpress.Az AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə qonaqlar teatrın foyesində “Azərbaycan musiqisi tarixinə səyahət” adlı sərgi ilə tanış olublar. Sərgidə qədim və milli geyimlərlə yanaşı, milli ornamentli xalçalarımız və tətbiqi sənət nümunələri nümayiş olunub.

Daha sonra “Sarı gəlin” mahnısının tarixçəsi haqqında hazırlanmış videoçarx təqdim edilib. Videoçarxda “Sarı gəlin” layihəsinin elmi rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadənin mahnının yaranma tarixi barədə təqdim etdikləri faktlar müsahibələr şəklində diqqətə çatdırılıb.

Sonra 150-dək tələbə və aktyorun iştirakı ilə hazırlanmış “Sarı gəlin” tamaşası nümayiş olunub. Yüksək zövqlə səhnələşdirilən tamaşa üçün rəngarəng dekorasiyalar hazırlanıb. Səhnə əsəri böyük maraqla qarşılanıb.

Tarixi faktlar əsasında səhnələşdirilən tamaşanın rejissoru Əməkdar artist Nicat Kazımovdur.

Layihənin reallaşdırılmasının məqsədi gəncləri Azərbaycanın milli-mədəni irsi və tarixi barədə məlumatlandırmaq, adət və ənənələrin qorunub saxlanılması və təbliğ edilməsidir.


25 May 2019
Mədəniyyət

Kiyevdə Nəsimiyə heykəl qoyuldu

Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir-şair İmadəddin Nəsiminin heykəlinin rəsmi açılış mərasimi keçirilib.

22 May 2019
Mədəniyyət

Bakıda ilk dəfə incəsənət əsərlərinin hərracı keçirilib - FOTO

Bakıda ilk dəfə incəsənət əsərlərinin hərracı keçirilib - FOTO

21 May 2019
Mədəniyyət

Heydər Əliyev Mərkəzində Zurab Seretelinin sərgisi açılacaq

Mayın 22-də Heydər Əliyev Mərkəzində tanınmış rəssam Zurab Seretelinin "Mümkün ölçülər" (Possible Dimensions) adlı sərgisi açılacaq.

20 May 2019
Mədəniyyət

Afaq Bəşirqızı: "Gənc vaynerlər xırda və zəhərsiz göbələklərdir” - VİDEO

Mədəniyyət və İncəsənət Universitetindəki dərs sistemi dəyişdirilməlidir.

18 May 2019
Mədəniyyət

Afaq Bəşirqızıdan məmurlara sərt ÇAĞIRIŞ

Xalq artisti Afaq Bəşirqızı mədəniyyət və incəsənət nümayəndələrinə dəyər verilməməsindən gileylənib.