AFFA-dan “Qarabağ”ın oyunçusuna ağır cəza

AFFA-dan “Qarabağ”ın oyunçusuna ağır cəza
07 2019 15:15


AFFA İntizam Komitəsinin iclası keçirilib

Yığıncaqda Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu olan “Qarabağ” - “Qəbələ” görüşündəki neqativ hallara hüquqi qiymət verilib.

“Qəbələ”nin altı futbolçusu sarı vərəqə aldığı üçün klub 800 manat cərimə olunub. Görüş başa çatdıqdan sonra “Qarabağ”ın yarımmüdafiəçisi Miçel aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün dörd oyunluq cəzalandırılıb, klub 3200 manat cərimə olunub.

Qarşılaşmanın 75-ci dəqiqəsində “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozub. Bu səbəbdən texniki zonadan kənarlaşdırılan Qurbanov final oyununu tribunadan izləməli olacaq. Bu, həmçinin, “qırmızı-qaralar”ın 800 manatlıq cərimə olunmasına səbəb olub.