“WhatsApp” çox pis xəbər yaydı - bu telefonlarda işləməyəcək - SİYAHI

“WhatsApp” çox pis xəbər yaydı - bu telefonlarda işləməyəcək - SİYAHI
03 Dek 2016 12:08

Dünyanın ən məşhur mesajlaşma proqramı olan “WhatsApp” bəzi köhnə model telefonlarda işləməyəcək.

realpress.az Türkiyə mediasına istinadən bildirir ki, şirkət bununla bağlı açıqlama verib.  Qeyd edib ki, proqram “iPhone 3G” və bəzi “Android” telefonlarında istifadə oluna bilməyəcək.

Şirkət “Blackberry” və “Nokia” modellərinə isə bu qadağanı 2017-ci ilin iyun ayında tədbiq edəcək. Belə ki, həmin tarixdən etibarən “BlackBerry OS”, “BlackBerry10”, “Nokia S40” və “Nokia Symbian S60” modellərində “WhatsApp” işləməyəcək.

“WhatsApp” “Android” 2.1 və 2.2 sistemlərində də istifadəsini dayandıracaq. Proqram eyni zamanda, “Windows” tərəfindən  “Windows Phone 7” sistemi üzərindəki tədbiqinə də son qoyacaq.

“iPhone 3GS” ve “iOS 6” üçün də tədbiqini dayandıracağını bildirən şirkət, bu qərarın çətin, amma doğru olduğunu qeyd edib.

İlin sonunda “WhatsApp” proqramının işləməyəcəyi telefonların siyahısı:

“Android 2.1” və “Android 2.2”;

“Windows Phone 7”

“iPhone 3GS / iOS 6”.

2017-ci ilin iyun ayından sonra “WhatsApp” proqramının işləməyəcəyi telefonların siyahısı:

“BlackBerry 10” da daxil olmaqla bütün “BlackBerry” modelləri;

“Nokia S40”;

“Nokia Symbian S60”.


25 May 2019
Maraqlı

Viaqradan da güclü olan əvəzsiz bitki

“Qarpız qabığının ağ hissəsi kişilər üçün reseptlə alınmış dərmanlar qədər faydalı olduğu halda, bu qabıqları uzunqulaqlara veririk”.

25 May 2019
Maraqlı

Ailə həyatından narazı kişilər oxusun. Siz təhlükədəsiniz!

İsrailin Tel-Əviv universitetinin alimləri 10.000 könüllü kişi arasında apardığı tədqiqatın nəticəsində elan edib ki, ailə həyatından, həyat yoldaşından narazı olan və şəxsi həyatda özünü bədbəxt hesab edən kişilərdə insult olma riski 65% artır.

25 May 2019
Maraqlı

Kosmosda uçan robotlar sınandı - VİDEO

Beynəlxalq Kosmik Stansiyada "Astrobee Bumble" uçan robotunun ilk sınaqları başa çatıb. Stansiyaya avtomatik rejimdə xidmət göstərəcək robot daha təkmil qurğuların yaradılmasına kömək edəcək məlumatlar toplayacaq.

24 May 2019
Maraqlı

Nazik saçlı xanımlar, saçınızı belə yuyun!

Əgər saçlarınız nazikdirsə, bunun çətinliklərini çox yaxşı bilirsiniz. Nə edirsinizsə-edin saçlarınız həmişə yağlı, cansız görünür.