“DəmirBank” “Bank seyflərinin icarəsi” xidmətini genişləndirir

“DəmirBank” “Bank seyflərinin icarəsi” xidmətini genişləndirir
05 Dek 2016 17:08

27 illik fəaliyyətə malik olan “DəmirBank” müştəri məmnuniyyətini daha da artırmaq məqsədilə mövcud xidmətlərini inkişaf etdirir. 

Belə ki, “DəmirBank” pulların, qiymətli əşyaların, sənədlərin və digər qiymətlilərin saxlanılması məqsədilə “Bank seyflərinin icarəsi” xidmətini genişləndirir. 

Daha əvvəl Bankın “Əməliyyat İdarəsi”, “Nərimanov” və “Sumqayıt” filiallarında mövcud olan depozitari xidmətləri, hazırda “Nizami”, “Gəncə” və “Şəki” filiallarında da müştərilərin istifadəsinə verilib.  

Depozitari hər gün 24 saat fasiləsiz peşəkar mühafizə, siqnalizasiya və yanğın əlehinə sistem ilə təchiz olunur və yüksək məxfilik tələblərinə cavab verir.

Qeyd edək ki, Bank seyfini icarəyə götürmək üçün müştərilər yalnız şəxsiyyət vəsiqəsilə Bankın filiallarına müraciət edə bilərlər.


12 İyul 2019
İqtisadiyyat

Manatın MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı 12 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

11 İyul 2019
İqtisadiyyat

"Euromoney" Azərbaycan Beynəlxalq Bankını ilin ən yaxşı bankı seçdi!

Dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan "Euromoney" jurnalı Azərbaycan Beynəlxalq Bankını ölkədə ilin ən yaxşı bankı seçib. Jurnalın araşdırma heyətinin qərarı Londonda keçirilən ənənəvi "Award of Excellence" mükafatının təntənəli təqdimatı mərasimində  açıqlanıb.

10 İyul 2019
İqtisadiyyat

Banklarda 500 avroya 1 faiz komissiya tutulur

Azərbaycan banklarının əksəriyyəti 500 avroluq pul nişanının qəbuluna 1 faizlik komisyon haqqı müəyyənləşdiriblər. Bu, o deməkdir ki, vətəndaş 500 nominallı avro əskinası ilə əməliyyat aparırsa, o zaman əlavə olaraq 1 faiz ödəməlidir.